Söyün Sadıqov

Sadıqov Söyün Qasımoviç (Qasım oğlu) (5 mart 1960, Qardabani) — İqtisad elmləri namizədi, biznesmen, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti

Söyün Sadıqov
azərb. Söyün Qasım oğlu Sadıqov
rus. Союн Касым оглы Садыков
bayraq
Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi
bayraq
Rusiya Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin Prezidenti
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1960(1960-03-05) (64 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, politoloq
Dini İslam
Hərbi xidmət
Qoşun növü SSRİ DİN-nin Daxili qoşunları[d]
Rütbəsi starşina[d]
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı "Tərəqqi" medalı
Rusiyanın fəxri inşaatçısı

Söyün Sadıqov 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir.

1980–1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. 2002-ci ildə "AzerRos"un prezidenti seçilib[1]. Söyün Sadıqov 1981-ci ildən Moskvanın "Qlavmosremont" tikinti şirkətində çalışıb. 1986-cı ildən "Mosrekonstruksiya" şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub. 1994-cü ildə fəxri memar adına layiq görülüb[2].

Hazırda Söyün Sadıqov Rusiya və digər ölkələrin xarici tikinti şirkətlərinin məsləhətçisidir.

Sui-qəsd cəhdi

[redaktə | mənbəni redaktə et]

2005-ci ilin martında S. Sadıqova sui-qəsd olub, ofisinin yaxınlığında killer onun avtomobilinə avtomatdan atəş açıb. Nəticədə iş adamının sürücüsü yaralanıb, özünə heç nə olmayıb. Sadıqov sifarişçinin onun çoxdandır münaqişədə olduğu qonşusu ola biləcəyinə dair istintaqa ifadə verib.

Putinə sədaqəti

[redaktə | mənbəni redaktə et]

S. Sadıqov Rusiyaya və Putinə sədaqətini 2008-ci ilin avqustunda Gürcüstana qarşı hərbi müdaxilə zamanı da göstərib. Rusiya aviasiyasının Gürcüstan şəhərlərini bombaladığı bir vaxtda Sadıqov münaqişəyə görə Saakaşvilini günahkar elan edib və deyib ki, onun hakimiyyəti gürcü xalqını "zombiləşdirib və dezinformasiya içərisində saxlayır". Sadıqov Saakaşvili hakimiyyətinə qarşı sonralar da öz fikirlərini səsləndirib, deyib ki, Rusiyanın Gürcüstanla problemlərinin kökündə Saakaşvili dayanır və o, hakimiyyətdən getməlidir.

  1. "Şəxsi bioqrafiyasından:". 2012-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
  2. "Söyün Sadıqov: "Bakıda yeni tikilən binaların 90 %-i sökülməlidir"". 2013-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.