Süzen Polqar

Susan Polqar (mac. Polgár Zsuzsa; 19 aprel 1969[2], Budapeşt, Macarıstan Xalq Respublikası[3])— Macarıstanlı və Amerikalı şahmat qrosmeysteridir. O şahmat müəllimi, məşqçi , yazıçı, Texas universitetində şahmatın inkişafı üçün Susan Polqar institutunun başçısı və təsisçisi və Şahmat olimpiadasının qalibidir. O məşhur Polqar bacılarının ən böyüyüdür: Susan Polqar, Sofiya Polqar, Yudit Polqar.

Susan Polqar
mac. Polgár Zsuzsa
Ölkə Macarıstan Macarıstan
ABŞ ABŞ
Doğum adı Polgár Zsuzsanna
Doğum tarixi (55 yaş)
Doğum yeri Budapeşt, Macarıstan
Titulu Qrosmeyster
Son reytinqi
  • 2.577 (fevral 2022)[1]
FİDE nömrəsi 700088
Dünya çempionluğu 1996-99
susanpolgar.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

15 yaşında 1984-cü ilin iyulunda FİDE retinq cədvəlində dünya qadın oyunçularının top-retinqində yer aldı və növbəti 23 ildə top üçlüyə düşdü. O, 1996-cı ildən 1999-cu ilə qədər qadınlar arasında şahmat üzrə dünya çempionu olub. Polqar 10 olimpiya medalı qazanıb (5 qızıl, 4 gümüş, 1 bürünc). O, 2006-cı ildən bəri rəsmi yarışlarda iştirak etməyib. 1997-ci ildə o Nyu-Yorkda Polqar Şahmat Mərkəzinin əsasını qoyub. 2002-ci ildə o uşaqlara, xüsusən qızlara şahmat hazırlığı keçmək üçün Susan Polqar Fondunu yaratdı.[4] O, qısa müddət əzrində 2007-ci ildən 2009-cu ilə kimi ABŞ Şahmat Federasiyasının icraiyyə şurasının üzvü olub.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

O, Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. O, indi Texasda Labbok şəhərində yaşayır. Polqar kompüter məsləhətçisi Yakov Şutzman ilə evlənib və Nyu-Yorka köçüb. Onların Tom (1999) və Lim (2000) adında iki oğlu oldu. Bir müddətdən sonra onlar boşandılar . Polqar 2006-cı ilin dekabrında biznes meneceri və dostu Pol Çıonq ilə ailə həyatı qurdu.[5][6]

  1. FİDE FIDE Standard Ratings as of 28 February 2022. 2022.
  2. Hosch W. L. Susan Polgar // Encyclopædia Britannica (ing.).
  3. Deutsche Nationalbibliothek Record #1028671792 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Yaniv, Oren. "MASTERING CHESS WAS THE EASY PART. BLACK BELT CHAMP TEACHES MOVES IN FOREST HILLS"[ölü keçid], Daily News (New York), April 3, 2005. Accessed June 17, 2009. "This is an excellent club; it's not that formal," said Grandmaster Alexander Stripunsky, 34, co-winner of the 2005 U.S. championship, who, like Polgar and other chess masters, resides in Forest Hills."
  5. "Polgar and Truong Marriage Revealed". 2007. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-28.
  6. "Susan Polgar Blogspot confirms her marriage to Paul Truong". Susanpolgar.blogspot.com. 2007-05-13. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Qadınların Dünya Şahmat Çempionatı