Tszyuy Ventszyun (çin. 侯逸凡; 31 yanvar 1991, Şanxay) — Çin şahmatçısı, beynəlxalq qrosmeyster.[2] Qadınlar arasında şahmat üzrə hazırkı dünya çempionu (24 iyul 2023-cü ildən). Dünya komanda çempionatının (2009, 2011) və Ümumdünya Şahmat Olimpiadasının qalibi (2016, 2018).
Tszyuy Ventszyun | |
---|---|
çin. 居文君 | |
| |
Ölkə | ÇXR |
Doğum tarixi | |
Doğum yeri | Şanxay, Çin |
Titulu | Qrosmeyster (2014) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2604 (mart, 2017) |
FİDE nömrəsi | 8603006 |
Dünya çempionluğu | 2018-hal-hazırkı |
Vikianbarda əlaqəli mediafayllar |
Tszyuy Ventszyun 2004-cü ilin dekabrında Beyrut şəhərində keçirilmiş qadınlar arasında şahmat üzrə Asiya çempionatında üçüncü yeri tutub.[3] Bu nəticə sayəsində o, 2006-cı ildə baş tutmuş qadınlar arasında şahmat üzrə dünya çempionatında iştirak etmək hüququ əldə edib. Ventszyun 2008, 2010, 2012, 2015 və 2017-ci illərdə də dünya çempionatının iştirakçısı olub.
O, 2010 və 2014-cü illərdə qadınlar arasında şahmat üzrə Çin çempionatının qalibi olub.[4] 2011-ci ilin iyul ayında Hançjou şəhərində keçirilmiş turnirdə 9 oyundan 6 xal yarım toplamış və həmin zaman dünya çempionu titulunu daşıyan Hou Yifanı da qabaqlamaqla yarışın qalibi olmuşdur.[5] 2011-ci ilin oktyabr ayında 2011–12 qadınlar arasında FİDE Qran Prisinin Nalçik mərhələsində 11 oyundan 7 xal toplamış və yalnız həmyerlisi Çjao Syuedən geri qalaraq ikinci yeri tutmuşdur. Ventszyun bu turnirdə qrosmeyster normasının üçüncü, yekun balını toplasa da, normalardan birində hakim imzası olmaması səbəbindən titula yiyələnə bilməmişdir.[6]
2014-cü ilin iyun-iyul aylarında baş turmuş 2013–14 qadınlar arasında FİDE Qran Prisinin 5-ci mərhələsində 11 oyundan 7 xal toplayaraq, Elina Danielyan ilə birlikdə 2–3-cü yerləri bölüşdürmüşdür. Bu nəticə Ventszyuna qrosmeyster normasının dördüncü balını qazandırıb. Eyni Qran Prinin 6-cı mərhələsində 11 oyundan 8 xal yarım toplayaraq birinci yerin sahibi olub.[6]
7–10 noyabr tarixləri arasında Rusiyanın Soçi şəhərində keçirilmiş FİDE-nin Prezident Şurasının iclasında Tszyuy Ventszyuna beynəlxalq qrosmeyster adının verilməsi barədə qərar qəbul olunub.[7] Ventszyun bu titulu qazanmış 31-ci qadın şahmatçı olub.
2016-cı ilin fevral ayında keçirilmiş 2015–16 qadınlar arasında FİDE Qran Prisinin Tehran mərhələsində 11 oyundan 7 xal yarım toplayaraq birinci olub.[8] Ventszyun bu Qran Prinin sonuncu — Xantı-Mansi mərhələsində də birinci olmaqla, yekunda Qran Prinin qalibi olmuş, həmçinin qadınlar arasında şahmat üzrə dünya çempionu adı uğrunda matça vəsiqə qazanmışdır.[9][10]
Tszyuy Ventszyun şahmat tacı uğrunda 2018-ci ilin may ayında baş tutmuş qarşılaşmada həmyerlisi Tan Çjunyi üzərində 10 partiyadan ibarət matçda 5,5:4,5 hesabı ilə qalib gələrək, dünya çempionu tituluna yiyələnib.[11] Eyni ilin noyabr ayında Xantı-Mansi şəhərində keçirilmiş dünya çempionatının finalında rusiyalı Yekaterina Laqnoya 5:3 hesabı ilə qalib gələrək titulunu qoruyub.[12]
2020-ci ilin yanvar ayında dünya çempionu adı uğrunda matçda rusiyalı Aleksandra Qoryaçkinanı, 2023-cü ilin iyul ayında isə həmyerlisi Ley Tintszeni məğlub edərək titulunu qorumağa nail olub.[13][14]
Tszyuy Ventszyun 2008-ci ildən etibarən qadınlardan ibarət şahmat üzrə Çin yığmasının heyətində çıxış edir. O, yığma komandanın heyətində Dünya komanda çempionatının (2009,[15] 2011[16]), Ümumdünya Şahmat Olimpiadasının (2016,[17] 2018[18]) və Asiya Oyunlarının (2010[19]) qalibi olub.