Tan Çjunyi (çin. 谭中怡;[2] 29 may 1991, Çuntsin, Sıçuan) — Çin şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster (2009),[3] şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu.
Tan Çjunyi | |
---|---|
çin. 丁立人 | |
Ölkə | ÇXR |
Doğum tarixi | |
Doğum yeri | Çuntsin, ÇXR |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2009) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.530 (avqust 2018) |
FİDE nömrəsi | 8603642 |
Vikianbarda əlaqəli mediafayllar |
2000 və 2001-ci illərdə İspaniyanın Oropesa-del-Mar şəhərində keçirilmiş 10 yaşadək qızlar arasında dünya çempionatında qızıl medal qazanıb. 2002-ci ildə Yunanıstanın İraklion şəhərində keçirilmiş 12 yaşadək qızlar arasında dünya çempionatında birinci olub.
2008-ci ilin avqust-sentyabr aylarında Rusiyanın Nalçik şəhərində keçirilmiş Şahmat üzrə qadınlararası dünya çempionatının ikinci raundunda İsveç təmsilçisi Pia Kramlinqə 0.5–1.5 hesabı ilə məğlub olub.
2011-ci ildə Çinin Şençjen şəhərində keçirilmiş Yay Universiadasında qızıl medal qazanıb.[4][5] 2012-ci ildə Portuqaliyanın Gimaraynş şəhərində keçirilmiş tələbələr arasında şahmat üzrə dünya çempionatında qalib olub.[6] 2013-cü ildə Çinin Usi şəhərində keçirilimiş 3-cü "China Women Masters" turnirində 9 oyundan 6.5 xal toplayaraq birinci olmuşdur.[7] 2014-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçirilmiş qadınlar arasında blits üzrə Asiya çempionatında qızıl medal qazanıb.[8]
2015-ci ilin may ayında Çinin Sinxua şəhərində keçirilmiş Çin Şahmat Çempionatında rəqiblərini üstələyərək ölkə çempionu olub.[9] Növbəti ayda Çinin Sişan şəhərində keçirilmiş 5-ci "China Women Masters" turnirində iştirak edib və 9 oyundan 7 xal toplayaraq birinci olub.[10] 2015-ci ilin avqustunda Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş sürətli şahmat (rapid) üzrə Asiya çempionatında qızıl medal qazanıb.[11] Tan Çjunyi 1 dekabr 2015-ci ildə Çinin Tayçjou[12] şəhərində nokaut sistemi əsasında keçirilmiş 1-ci "Çin şahmat kraliçası" turnirinin final görüşündə Ju Venjuna qalib gələrək çempion olmuşdur.[13][14]
2016-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında dördüncü lövhədə hamıdan çox xal toplamaqla fərdi göstəricilərinə görə qızıl medal qazandı.[15]
2017-ci ildə İranın paytaxtı Tehran şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında dünya çempionatında qızıl medal qazanıb. O, finalda Ukrayna şahmatçısı Anna Muzıçuka qalib gəlib. Həlledici görüşdə 4 partiyada hesab bərabər olub — 2:2. Tan Çjunyi rəqibini tay-breykdə 1,5:0,5 hesabı ilə üstələyib.
O, şahmat tacı uğrunda 2018-ci ilin may ayında baş tutmuş qarşılaşmada həmyerlisi Tszyuy Ventszyuna 10 partiyadan ibarət matçda 4,5:5,5 hesabı ilə məğlub olaraq dünya çempionu titulunu qoruya bilməyib.[16]
Tan Çjunyi Çin şahmat liqasında (ÇŞL) "China Mobile Group Chongqing Company Ltd" şahmat klubunda oynayır.[17]