Bu məqalə aşağıdaki məqalələr silsiləsinə aiddir: |
Kürdlər |
---|
Şəhrizor (kürd. شارهزوور) — İraqda, Kürdüstan Regional Hökumətinin sərhədləri çərçivəsində, Süleymaniyyə şəhərinin qərbində, Cibal vilayətində münbit düzənlik. Region İran, İraq və Türkiyə arasındakı sərhəd ərazisinə düşür. Bu, Həvraman dağlarının qərbində yerləşir.
Şəhrizor düzü Əhli-Haqq təliminə inananlar üçün müqəddəs və mübarək bir regiondur. Bu inanca görə, tanrı qiyamət günü bu regiona lütf verəcək.[1]
Şəhrizor adı Osmanlı türkcəsindəki "Şehr-i Zor" adından törəmiş sifətdir. Bu ad "şəhər" və "zor" sözlərinin birləşməsindən yaranmış, güclü, fəth edilməsi asan olmayan şəhər deməkdir.
XII əsrdə yaşamış coğrafiyaşünas Yaqut əl-Həməvinin məlumatına görə, "zor" sözü bu şəhərin əsasını qoyduğu iddia olunan Zehəkin oğlu Zorun adından gəlir.[2]