Səid Nəfisi

Səid Nəfisi (fars. سعید نفیسی‎, 8 iyun 1895, Tehran13 noyabr 1966, Tehran) — İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim. Tehran universitetinin profesoru (1934), İran Ədəbiyyat və Dil Akademiyasının üzvü (1935).[3]

Səid Nəfisi
Doğum tarixi 8 iyun 1896(1896-06-08)[1]
Doğum yeri
Vəfat tarixi 14 noyabr 1966(1966-11-14)[2][1] (70 yaşında)
Vəfat yeri
İş yerləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İranın müasir ictimai-siyasi tarixinə, İran, Orta Asiya, Hindistan, rus və Qərbi Avropa ədəbiyyatına dair tədqiqatların, bədii əsərlərin müəllifidir. BabəkNizami Gəncəvi haqqında tədqiqatları var, 3 dəfə Bakıda olmuş, Ə. Firdovsinin "Şahnamə" poemasının 1000 illiyi şənliklərində (1934), M. F. Axundovun anadan olmasının 150 illik yubileyində (1962) iştirak etmişdir. "Xəzərin o tayına səfərlərim" adlı yol qeydlərində Üzeyir Hacıbəyovla görüşləri haqqında məhəbbətlə söhbət açmışdır. Bəstəkarın Firdovsiyə ithaf olunmuş kantatasını sevə-sevə dinləyən Səid Nəfisi bu əsəri çox yüksək qiymətləndirərək yazmışdır: "...Bakıya gəlməzdən əvvəl də Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını eşitmişdim. Onun "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad" və qeyri əsərləri fars dilinə tərcümə edilmiş və İranda oynanmışdır. Onun musiqi parçaları İran gənclərinin dilinin əzbəridir. ...Cürətlə deyə bilərəm ki, Azərbaycan musiqi cəhətdən Şərqin İtaliyasıdır. Üzeyir Hacıbəyovun Firdovsiyə ithaf edilmiş notları, musiqisi diqqətə layiqdir".

Homer, Aleksandr Puşkin, Onore de Balzak və başqa yazıçılardan tərcümələr edən, bir də "Fransızca-farsca lüğət" (Fərhəng-i Ferense be Farsi, 1925-30, 2 cild) hazırlayan Nəfisinin tarixi romanları arasında "Ferengiz" (1932), "Sitaregan-i Siyah" (1937; Qara ulduzlar), "Mah-i Nahşeb" (1955; Nahşəb ayı) əsərləri məşhurdur. "Qabusnamə"nin ən güvənilir yayımını aparan Nəfisinin ayrıca fars dili və ədəbiyatı üzərinə bir çox incələmə və araşdırması da var.[4]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Library of Congress Authorities (ing.). Library of Congress.
  3. "Library of Congress. Nafīsī, Saʻīd, 1895-1966". 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-31.
  4. "НАФИСИ́, Саид". 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-31.
  • Гиунашвили Л. С. Саид Нафиси. — В кн.: Труды Тбилисского государственного университета. — Серия востоковедения. — Т. 91, вып. 2. — 1960.
  • Комиссаров Д. С. Очерки современной персидской прозы. — М., 1960.
  • Комиссаров Д. С. С. Нафиси — выдающийся учёный и писатель современного Ирана // Народы Азии и Африки. 1962, № 2.
  • Гиунашвили Л. С. Художественная проза С. Нафиси. — Тбилиси, 1966.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]