Mehmet Behiç Ərkin (1876[2], Konstantinopol, Osmanlı imperiyası – 1961[2], İstanbul) — türk əsgəri, siyasətçisi və diplomatı.
Behiç Ərkin | |
---|---|
türk. Behiç Erkin | |
Türkiyənin Fransadakı səfiri | |
1939 – 1943 | |
Baş nazir | İsmət İnönü |
Türkiyənin Macarıstandakı səfiri | |
1928 – 1939 | |
Baş nazir | Mustafa Kamal Atatürk |
Türkiyə İctimai İşlər naziri | |
14 yanvar 1926 – 15 oktyabr 1928 | |
Baş nazir | İsmət İnönü |
Əvvəlki | Süleyman Sırrı Aral |
Sonrakı | Rəcəb Pekər |
Türkiyə Respublikası Dövlət Dəmir Yolları (TCDD) baş direktoru | |
1 dekabr 1921 – 11 yanvar 1926 | |
Sonrakı | Vəsfi Tuna |
Türkiyə Böyük Millət Məclisinin II-VII çağırışları millət vəkili[1] | |
Seçim bölgəsi | 1923 – İstanbul 1927 – İstanbul 1943 – Çanqırı[1] |
Şəxsi məlumatlar | |
Doğum adı | Mehmet Behiç |
Doğum tarixi | 1876[2] |
Doğum yeri | |
Vəfat tarixi | 1961[2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
İxtisası | əsgər, siyasətçi və diplomat |
Fəaliyyəti | diplomat, siyasətçi, hərbi qulluqçu |
Dini | islam |
Hərbi xidmət | |
Xidmət illəri | 1900-1926 |
Mənsubiyyəti |
Osmanlı imperiyası (1900-1920) Türkiyə (1920-1926) |
Rəhbərlik edib |
Çanaqqala döyüşündə Ordu Dairə başçısı Türkiyə İstiqlaliyyət müharibəsində bütün cəbhə daşınma işlərinin rəhbəri |
Döyüşlər | |
Rütbəsi | miralay |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Çanaqqala döyüşü bitdikdən sonra Alman dövlətinin ən önəmli mükafatlarından olan Dəmir Xaç medalının ən yüksək rütbəsi I dərəcəli Dəmir xaç ordeni ilə almanlar tərəfindən təltif edilən iki komandirdən biri olmuşdur. Digəri isə Mustafa Kamal Atatürk olub.
İstər Çanaqqala döyüşünün müdafiə səfərbərlik planını hazırlayaraq, istərsə də Ordu Dairə başçısı olduğu dövrdən hazırladığı müdafiə səfərbərlik planını müvəffəqiyyətlə həyata keçirərək, müharibənin zəfərindəki mükəmməlliyətçi idarəçiliyinə görə, Osmanlılar tərəfindən iki medal, eləcə də almanlar tərəfindən də iki medalla təltif olunaraq qəhrəman elan edilmiş komandirdir.
Eləcə də Türkiyə İstiqlaliyyət müharibəsində Mustafa Kamal tərəfindən “Siz daşımalarda müvəffəqiyyətli olun ki, mən də cəbhələrdə uğur qazanım” deyərək bütün daşınma işlərini güvənərək həvalə etdiyi və Mustafa Kamalın yaxın dostu kimi tanınan komandir olub. O, İstiqlaliyyət müharibəsidən sonra həm İstiqlal medalı ilə təltif olunub, həm də Türkiyə Böyük Millət Məclisinin xüsusi təqdirnaməsi ilə Qurtuluş Savaşı Qəhrəmanı adına layiq görülüb.
Türkiyə Respublikası Dövlət Dəmir Yollarının (1920-1926) qurucusu və ilk baş direktoru olan Ərkin “Dəmir yollarının atası” kimi də tanınır.
Türkiyə Böyük Millət Məclisinin II və III dövr çağırışlarında (22 noyabr 1928-ci ildə istefa verdi) İstanbul, VII çağırışında, 1926-1928-ci illərdə Çanqırı naibi və ictimai işlər naibi (indiki ictimai işlər naziri) vəzifələrində çalışmışdır.[1] Nazirlikdə olduğu müddətdə İcra Deputatları Şurasının üzvü kimi “Milli Təhlükəsizlik Xidmətləri Təşkilatı” (Milli Kəşfiyyat Təşkilatı) imzalarından birinin sahibi, həm ideya atası, həm də təsisçi olub. 1926-cı ildə respublikanın ilk pensiya fondu olan “İmalat-ı Hərbiyyə Teavün və Sığorta Fondu”nu təsis edib.
O, Atatürkün (1907-ci ildən) ən yaxın həmkarlarından biri idi, şəxsi məktublarında fikirlərini açıq şəkildə bölüşdüyü, milli və dünya mövzularında fikir mübadiləsi apardığı nadir insanlardan idi. O, Osmanlı imperiyasında dəmir yolları haqqında əsər yazan ilk və yeganə müsəlman türküdür.[3] İkinci Dünya müharibəsi illərində Parisdə səfir işləyərkən, minlərlə yəhudini nasistlərin soyqırımından xilas etməsi ilə tanınır.
O, 1876-cı ildə İstanbulda anadan olub. Atası Ömər Fevzi Paşanın oğlu mahal valisi Cəmil bəy, anası Nadirə xanım olub. O, bibisi Səidə xanım və həyat yoldaşı Hidayət Paşanın yanında böyüyüb.[4] Marşal Hidayət Paşanın vəzifələrinə görə uşaqlıq illərində Bağdad, Ərzincan, İstanbul və Bəsrə vilayətlərində yaşamalı olub. Ərzincanda olarkən Ərzincan hərbi liseyində hərbi təhsilə başlayıb. Hidayət Paşanın Bəsrə valiliyi dövründə məktəb təhsilini yarımçıq qoyub, fərdi dərslər alıb; Hidayət Paşanın ölümündən sonra ailəsi ilə birlikdə İstanbula qayıdıb.
1894-cü ildə İstanbulda Hərbi Rüştiyyəni, 1895-ci ildə Hərbi liseyi, 1898-ci ildə Hərb məktəbini, 1901-ci ildə Hərbi Akademiyanı bitirmişdir. 1902-ci ildə Salonikidəki 3-cü Ordu Komandanlığına təyin edilib. Burada vəzifəsini yerinə yetirərkən tanış olduğu Mustafa Kamalla dostluqları həyatı boyu davam edib. Bu arada Behiç bəy 12 fevral 1902-ci ildə Midilli valisi Rəşid Paşanın qızı Bəhiyə xanımla evlənib.[4] Bu evlilikdən onların Rəşidə (1902) adlı qızı, Necit (1903) və Vecih (1904) adlı iki oğlu olub.[5]
1904-cü ildən sonra Saloniki-İstanbul dəmir yolu mühafisəsinin müfəttişi, qərargah kapitanı vəzifəsində çalışmışdır. İkinci Məşrutiyyətinin elanından sonra 31 mart hadisəsi başlayanda qiyamı yatırmaq üçün İstanbula gedən Hərəkət Ordusunda da iştirak edib. 1910-cu ildə Saloniki-İstanbul xətti üzrə yeni yaradılmış hərbi komissarlığa təyin edilib. 1912-ci il Balkan müharibəsi zamanı yunanlar tərəfindən əsir götürülüb. Xilas edildikdən sonra Erkan-i Harbiyede vəzifəyə başlayan Ərkin Dəmir Yolları Ordu xidmətində işləməyə məcbur olub. O, I Dünya müharibəsi illərində dəmir yollarının yaradılması və istismarı ilə bağlı təcrübələrini çatdırdığı “Hərbi xidmət baxımından dəmir yollarının tarixi, istifadəsi və təşkili” adlı kitabını nəşr etdirib.[qeyd 1]
Çanaqqala döyüşlərində Miralay Behiç bəyin döyüşün qalibiyyət qazanmasında böyük payı olmuşdur. O, mütəmadi olaraq cəbhəyə əsgər və sursat çatdırmağı bacaran komandir olub. Bu səbəbdən Çanaqqalanı müdafiə edən Türk Qüvvələrinin komandanı marşal Otto Liman fon Sanders, Behiç bəyə Almaniya dövlətinin ən yüksək ordeni olan “1-ci dərəcəli Dəmir xaç medalı” ilə təltif edilməsini martın 29-da Almaniya imperatoruna təklif etmişdir. 29 mart 1918-ci ildə daha əvvəl Behiç bəyə verilən II dərəcəli "Dəmir xaç" medalının bu dəfə I dərəcəsi verildi. Almanlar Çanaqqala döyüşündə xidmət edən bütün Osmanlı Ordusunun zabitlərinə II dərəcəli "Dəmir xaç" ordenini təqdim edərkən, I dərəcəli Dəmir xaç medalına isə yalnız Behiç Erkin və Mustafa Kamal layiq görüldü.
1918-ci ildə Azərbaycanın ilk nizami ordusunun yaradılması ilə məşğul olan Behiç bəy hərbi polis və jandarm təşkilatını yaratmaq üçün 19 iyul-28 avqust 1918-ci il tarixləri arasında Gəncəyə göndərildi. Behiç bəyin 1918-ci il avqustun 3-də hazırladığı "Azərbaycan Jandarma Təşkilatının Nizamnaməsi" Azərbaycan Nazirlər Şurası sədri Fətəli Xan Xoyski və Hərbi Nazir müavini, Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü İsmayıl xan Ziyadxanov tərəfindən Behiç bəyin iştirakı ilə imzalandı.
Behiç bəyin başlanğıcından imzalanana qədər hazırlayıb, yekunlaşdırdığı bu təşkilat Bakını Leninin təyin etdiyi erməni komissarı Stepan Şaumyanın başçılıq etdiyi Qırmızı Ordudan xilas etdi və şəhərin azərbaycanlılar tərəfindən alınmasını təmin etdi. Təəssüf ki, Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsində aparıcı rol oynamış Behiç bəyin bu uğuru, az tanınır.
1918-ci il sentyabrın 15-də Bakıdakı idarə bu jandarma tərəfindən ələ keçirildikdən sonra təşkilatın qərargahı Bakıya köçürüldü. Atəşkəs razılaşması imzalanandan sonra o, İstanbula qayıtdı.[4]
Mustafa Kamal Atatürkün tarixdə "Ağ Zabitlər siyahısı" kimi tanınan və Baş komandanın Anadoluya keçirmək istədiyi zabitlərin siyahısını Behiç bəyə göndərdiyini anlayan Damat Fərid hökuməti haqqında edam fərmanı çıxarması üzərinə, işğalçı ingilislər tərəfindən axtarışda olduğu bilinən Behiç bəy, Milli Mübarizə hərəkatına qoşulmaq üçün Anadoluya keçərək, Türkiyə İstiqlaliyyət müharibəsinin ən önəmli qəhrmanlarından biri olur. O, 1920-ci il iyulun 5-də Ankaraya gəlib. Baş Qərargah rəisi İsmət Paşa ona ikinci prezidentliyi təklifini edərkən, İctimai İşlər Nazirliyi üzrə müavini (Bayınçılıq Naziri) İsmayıl Fazıl Paşa tərəfindən isə Anadolu Dəmir Yolları Əməliyyat müdirliyi təklif edilib. Mustafa Kamalın yönləndirməsi ilə ikinci təklifi qəbul edərək, dəmir yollarının rəisi olub. Osmanlı imperiyası dövründə dəmir yolları ilə bağlı yeganə əsər yazması və 1903-cü ildən başlayaraq Dəmir Yolları Xətt Komissarlığı və Təchizat Şöbə Müdiri müavini kimi təcrübələrə sahib olması, lakin ən əsası Çanaqqala döyüşünün bütün cəbhə daşımalarını planlayan və müvəffəqiyyətlə həyata keçirən komandir olduğu üçün İstiqlaliyyət müharibəsinin bütün cəbhələrini əsgər, silah və təchizatla təmin etmək vəzifəsinə uyğun görülüb.
Mustafa Kamalın: "Mən cəbhələrdə nə edəcəyimi bilirəm, amma ordumuzun necə tez cəbhələrə göndəriləcəyini bilmirəm, bu da yalnız səlahiyyətli bir adamın əmri ilə gerçəkləşə bilər ki, mən də cəbhədə müvəffəqiyyət qazana bilim" bu sözlərindən sonra vəzifəni üzərinə götürən Behiç bəy: "İşimə heç kim qarışmamalıdır" şərtini irəli sürür ki, bu şərtdə Mustafa Kamal tərəfindən qəbul edilir. Behiç bəy dəmir yollarının kəsişdiyi Əskişəhərdə baza qurub, müharibə boyu müvəqqəti qatarlarla cəbhəyə əsgər, sursat və ləvazimat daşıyıb, relslər çəkdirmişdir. Lazım olanda da relslərdən və vaqonlardan polad əldə edərək, qılınclar da düzəltdirmişdi.
Ankara İctimai İşlər Nazirliyindən verilən aşağıdakı teleqramda Behiç Ərkinin Türkiyə İstiqlaliyyət müharibəsinin zəfərində ən mühüm payı olan komandirlərdən biri kimi mövqeyi ən yaxşı şəkildə izah edilib:
“Bu andan etibarən bütün xalq fədakar dəmir yolçularımızı qəhrəman ordumuzun Allahdan sonrakı yeganə həqiqi qəhrəmanları kimi görür”.[6] Behiç bəy İstiqlaliyyət müharibəsindəki mühüm rolu və uğurlarına görə həm “TBMM-nin Xüsusi tərif”i, həm də "İstiqlal" medalı ilə təltif edilmişdir.
Türkiyədə dəmir yollarının qurucusu sayılan Behiç Ərkin bir çox mənbələrdə “Dəmir yollarının Atası” və “Türkiyə Dəmir yolları Sənayesinin Atası” kimi xatırlanır. 1920-ci ilin iyulunda başladığı və 6 il davam etdirdiyi Baş Müdirlik dövrü İctimai İşlər naziri olduqdan sonra başa çatmışdı.
1926-1928-ci illərdə İctimai İşlər nazirinin müavini olduğu dövrdə o, dəmir yollarının milliləşdirilməsi, 50 ildən sonra ilk dəfə dəmir yollarının işlək dilinin fransızcadan türkcəyə çevrilməsi, ilk İctimai Dəmir yolları muzeyinin yaradılması, Türkiyədə muxtariyyət anlayışını həyata keçirən ilk şəxs olaraq daha sonra İstanbul Texniki Universiteti adlandırılan Mühəndislik Məktəbinə muxtariyyət verilməsi, universitetdə təhsilin türk dilində aparılması, Milli Kəşfiyyat Təşkilatının rəsmiləşdirilməsi və Atatürklə birlikdə MKT-nın təsis fərmanına birgə imza atması, Türkiyədə ilk rəsmi qarşılıqlı yardım fondunun, yəni Pensiya Fondunun yaradılması kimi bir çox mühüm ilklərə imza atmışdı.
Behiç bəyin ölkə dəmir yolları üçün gördüyü işlər 1933-cü ildə sadiq dostu və dövrün prezidenti Atatürk tərəfindən mükafatlandırılıb. Cümhuriyyətin 10-cu ildönümü şənlikləri üçün “Onuncu il marşı” yazılarkən Atatürk, "Ölkənin hər təpəsində dumanlar tüstülənir” misrasını, “Dəmir torla tikdik, dörd başdan vətəni” misrası ilə əvəz edərək, Behiç bəyə “Sizin əməyiniz bu misra ilə daha gözəl səslənir" deyə müraciət edib.
Soyadı Qanunu qüvvəyə minəndə “Ərkin” soyadı 8 fevral 1935-ci ildə Atatürk tərəfindən şəxsən və yazılı şəkildə Behiç bəyə verilmişdir. Atatürkün yaxın dostuna uyğun gördüyü Ərkin sözü: “Hər şəraitdə doğru qərar verə bilən özbaşına fərd” mənasını daşıyır.
Karyerasının son mərhələsində Behiç Ərkin Budapeşt səfiri (1928-1939) vəzifəsini icra etmişdi. Onun səfirliyi dövründə 18 dekabr 1923-cü ildə Türkiyə-Macarıstan Dostluq müqaviləsi, 5 yanvar 1929-cu ildə Bitərəflik, Arbitraj və Barışıq müqaviləsi imzalanmışdı.[4] Həyat yoldaşı Behiyə xanım o, Budapeştdə işləyərkən İstanbulda vəfat edir (28 oktyabr 1934). Soyadı Qanunu qüvvəyə mindikdən sonra Atatürkdən Salih Bozok vasitəsilə ona soyad verməsini istəyən Behiç bəy 8 fevral 1935-ci il tarixli şəhadətnamə ilə “Ərkin” soyadını götürür.[4]
1939-cu ildə Avropadakı qarışıqlığı nəzərə alan prezident İsmət İnönü ona Almaniya və ya Fransaya səfirlik təklifi etdi. Fransaya üstünlük verən Ərkinin 31 avqust 1939-cu ildə Parisdə vəzifəyə başlamasının ertəsi Almaniyanın Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başlamış oldu. Bir neçə ay sonra da onun təyin olunduğu Fransa da nasistlər tərəfindən işğal edildi; Yəhudilərin işdən qovulduğu, pullarının müsadirə edildiyi, həbs düşərgələrinə sürgün edildiyi günlərdə Behiç bəy almanların nadir hallarda verdiyi I dərəcəli Dəmir xaç medalının gücündən istifadə edərək bir çox insanın həyatını xilas edə bilmişdi.
"Bu qanunları türk yəhudilərinə tətbiq edə bilməzsiniz. Çünki mənim ölkəmdə din, dil, irq ayrı-seçkiliyi yoxdur. Vətəndaşlarımın müəyyən hissəsinə müəyyən öhdəliklər qoymaq qanunlarımıza ziddir" deyərək faşistlərə müqavimət göstərən Behiç Ərkin həmkarları ilə birlikdə öz həyatlarını riskə ataraq 20 minə yaxın türk və türk olmayan yəhudilərə Türkiyə pasportu verərək, onların həyatlarını xilas etmişdilər.[7][8] Bununla yanaşı bir çox yəhudi üçün sənəd düzəltdirərək onların əsir düşərgələrinə getməkdən xilas etmiş, göndərilənlərin bir hissəsi isə səfirliyin və konsulluğun səyləri nəticəsində, bir-bir bu düşərgələrdən geri alınmışdılar. Hətta Fransanın yəhudi əsilli keçmiş baş naziri Leon Blum da faşistlər tərəfindən həbs düşərgəsinə atılan oğlu üçün Behiç bəyə müraciət etmiş, Behiç bəy də nəinki Fransanın baş nazirinə kömək əlini uzatmış, Leon Blumun oğlunun dostları ilə birlikdə həbs düşərgəsindən xilas olmasını təmin etmişdi. Fransanın keçmiş baş naziri Leon Blumun Behiç bəyə verdiyi təşəkkür məktubunun əsli Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsinin İnqilab Tarixi Muzeyində saxlanılır. Bundan əlavə, Behiç Ərkinin kömək etdiyi insanların toplanaraq, bütün səmimiyyətləri ilə 1942-ci ildə yazdıqları və bütün ailəyə "xeyir dua"sı etdikləri məktubun əsli 1958-ci ildə Behiç Ərkin tərəfindən İnqilab Tarixi Muzeyinə bağışlanmışdır.
6.000.000 yəhudi soyqırıma məruz qalmaq üzrə qatarlara mindirilərək, naməlum istiqamətdə Auşvitzə gedərkən, Behiç Ərkin ay-ulduz asdırdığı 20.000-ə yaxın yəhudini “Səfir vaqonları” adlı qatarlara mindirib, eyni relslərin əks istiqamətində yaşamaları üçün Türkiyəyə göndərdi.
Behiç Ərkinin insanlıq adına yəhudilərə yardım etdiyi xəbəri hətta Atlantikanın o tayındakı Amerikaya da çatmışdı: “Washington Post” qəzetinin 17 iyun 1943-cü il tarixli manşetlərindən biri belə idi: “Səfirin ittiham olunduğu fəaliyyətinə nasistlərin güclü maneəsi”.
1943-cü ildə təqaüdə çıxan və 31 iyul 1943-cü ildə dövlət qulluğu və diplomatiya ilə vidalaşan Behiç Ərkin Fransanı tərk etməzdən əvvəl 23 iyul 1943-cü ildə Fransa Prezidenti Marşal Filipp Peten tərəfindən Legion d'onneur ordeni ilə təltif edilmişdi.[4]
Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi Behiç Ərkin və səfirlik komandasının İkinci Dünya müharibəsi zamanı Fransada minlərlə yəhudini xilas etmələrini, hətta öz həyatlarını belə riskə atmaqlarını belə açıqladı:
NO:16 - 27 yanvar 2007, 27 yanvar,Holokostu Anım Günü ilə əlaqədar İkinci Dünya müharibəsi zamanı Holokostdan qaçan yəhudilərə ölkəmiz tərəfindən göstərilən yardımların bir çox nümunələri vardır. Müharibə zamanı Səlahəddin Ülkümən, Necdət Kent, Namık Kamal Yolqa və Behiç Ərkin kimi diplomatlarımız həyatlarını riskə ataraq, işğalçı qüvvələrin Rodos, Marsel və Paris kimi şəhərlərdə yəhudi əsilli türk vətəndaşlarını ölüm düşərgələrinə göndərməsinin qarşısını almışdırlar. Türkiyə Respublikası vətəndaşı olmayan minlərlə yəhudiyə də yardım göstərilmişdi.[9]
Paris Səfirliyinin İnternet saytında, Paris Səfirliyinin tarixindəki mühüm hadisələrlə bağlı bölmədə Vişi rejimi dövründə Fransada xidmət etmiş səfir Behiç Ərkin, Paris Baş Konsulu Namık Yolqa, Marsel Konsulluğunun vitse-konsulu Necdət Kent də daxil olmaqla türk diplomatlarının, türk pasportu verərək minlərlə yəhudi nasist təqibindən qaçmasına kömək etdikləri barədə geniş yazı vardır.[10].
26 avqust 1943-cü ildə Fransadan Türkiyəyə qayıdan Behiç Ərkin 2 sentyabr 1943-cü ildə İsmət İnönünün xahişi ilə I Baş müfəttiş vəzifəsinə təyin edilən Çanqırı Millət vəkili Avni Doğanın yerinə Çanqırıdan VII dövr Millət vəkili seçildi. Onun parlamentdəki səlahiyyətləri 1946-cı il avqustun 5-də başa çatıb.
29 mart 1947-ci ildə Parisdə Regie Generale şirkətinin idarə etdiyi Cənub Dəmir Yolları şirkətinin Türkiyədəki Məclis İdarəsi naşçısı seçildi və 30 mart 1957-ci ildə şirkətin bağlanmasına qədər bu vəzifəsində qaldı.[4]
Ərkin ömrünün sonuna kimi bəzi qəzetlərdə dəmir yolu ilə bağlı yazılar yazıb, dəmir yollarının vəziyyətini daim yaxından izləyib.[4]
11 noyabr 1961-ci ildə İstanbulda vəfat edən Behiç Ərkin, İzmir-İstanbul-Ankara xətlərinin birləşdiyi Əskişəhər (Enveriye) stansiyasında üçbucaqda dəfn olunmaq vəsiyyətini etmişdi. Bir müddət sonra Türkiyə Respublikası Dövlət Dəmir Yolları Ümumi müdirliyi tərəfindən inşa edilən məqbərəyə köçürüldü və vəsiyyəti yerinə yetirilmiş oldu.
Behiç Erkinin 61 il saxladığı və İnqilab Tarixi Muzeyində olan cəmi 960 dəftərdən ibarət, nəvəsi Əmir Kıvırcık tərəfindən toplanılıb, ümumiləşdirilən Cəbhəyə gedən yol adlı kitabında Behiç Ərkinin Çanaqqala döyüşü və İstiqlaliyyət müharibəsində əldə etdiyi maddi-texniki nailiyyətləri və Türkiyə Cümhuriyyətinin qurulmasındakı uğurlarından bəhs edilir.
Behiç Ərkinin Paris səfirliyi dövründə bəşəriyyət naminə göstərdiyi səyləri, Əmir Kıvırcık tərəfindən Timaş nəşriyyatı tərəfindən nəşr olunan "Səfir" kitabında öz əksini tapmışdır.[11]
Behiç Ərkin haqqında akademik araşdırma Prof. Arnold Reysman tərəfindən aparılmış və onun bu araşdırmaları "An Ambassador and a Mensch" kitabında toplanmışdır. Yerusəlim Yəhudi Universitetinin professoru Yitzak Kerem və tarixi tədqiqatçı/yazar Endryu Manqo kitabın arxa qapağındakı şərhləri ilə bu akademik nəşrin dəyərini bir daha vurğulamışlar. Behiç Ərkinə həsr etdiyi kitabında, Holokostdan sağ çıxan Prof. Reysman, bir çox rəsmi dövlət arxivlərindən, xüsusilə ABŞ Dövlət Departamentinin arxivlərindən əldə etdiyi sənədləri ortaya qoyaraq Ərkinin minlərlə insanı xilas etdiyini akademik olaraq sübut etmişdir.
Həmçinin, Prof.Reysmanın "Şoah: Türkiyə, ABŞ və Böyük Britaniya" kitabı və Prof.Stanford Şounun “Türkiyə və Holokost” kitabında Behiç Ərkinin Holokost qurbanı olan yəhudilərə necə kömək etdiyinə dair məlumat və sənədləri özündə əks etdirən başqa bir akademik araşdırma da var.
İsrail Yad Vaşem Fondunun rəsmi "Dünya xalqları ədalətliləri" siyahısına daxil edilməsi və İsrailin ən əhəmiyyətli dövlət mükafatı olan "Beynəlxalq dürüst insan", İsrail Türk Dərnəyi tərəfindən 2007-ci ildə müraciət edildi. Lakin adı çəkilən birlik 2011-ci ildə hazırlanan və hələ də yaşamağa davam edən “Türk Pasportu” sənədli filmində öz hekayətlərini danışan 20-yə yaxın şahiddən heç birinin şəhidliyini almadığına və Yad Vaşemə vermədiyinə görə, bu yalnız ərizə kimi qaldı.
Nəvəsi Əmir Kıvırcık, medal dalınca getdiyi ilə bağlı yayılan söz-söhbətlərin əksinə, ailə üçün ən əhəmiyyətli medalın İstiqlal medalı olduğunu və Behiç Ərkinin indiyə qədər sahib olduğu bütün medalların Behiç Ərkinə təqdim edildiyini vurğuladı. Bu medalı almaq üçün heç bir cəhdin olmadığını və bundan sonra da olmayacağını nəvəsi vurğulayıb. Bundan əlavə, kitabının ingilis dilində “Dünyada heç bir şey ailəmizə xeyir-dua məktubundan dəyərli deyildir” deyə bildirərək, 1942-ci ilin noyabrında Behiç Ərkinə, Fransada soyqırım təhlükəsi ilə üzləşmiş minlərlə yəhudi adından yazılan və xeyir-dua ilə bitən məktubun əslini qoymuşdur.