Səlcuq Şahbazi

Səlcuq Şahbazi (az-əbcəd. آشیق سلجوق شهبازی‎; 6 yanvar 1962, Ağcaqışlaq, Şərqi Azərbaycan ostanı) — Cənubi Azərbaycan aşığı, İran Aşıqlar Birliyinin sədri.[1]

Səlcuq Şahbazi
Səlcuq Şükür oğlu Şəhbazi
az-əbcəd. آشیق سلجوق شهبازی
Doğum tarixi 6 yanvar 1962(1962-01-06) (62 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti aşıqlıq
Fəaliyyət illəri 1988-ci ildən
Əsərlərinin dili Azərbaycan dili, fars dili, türk dili
Üzvlüyü
ashiqshahbazi

Səlcuq Şükür oğlu Şəhbazi 1962-ci ilin 6 yanvar tarixində keçmiş Miyananın Ağcaqışlaq kəndində anadan olub. 1975-ci ildə ailəlikcə köçüb Tehran şəhərinin Nəmətabad məhəlləsində yaşamışlar.

Aşıq Yədullanın məsləhəti ilə tanınmış aşıq və məşhur sazbənd Aşıq Əvəzin yanına gedib ona şəyird olub. Gənc Səlcuq ondan iki müqəddəs peşə öyrənir. Onun biri aşıqlıq, biri də saz düzəltmək peşəsi olur. Düz 4 il ustadıyla bir yerdə olur.

1980-ci ildə hərbi qulluğa yollanır. İki ildən sonra hərbi qulluqdan qayıdanda ustadının vəfatına çox acıyır. Özünə ikinci ustad kimi Tehranın “Xaksıfid” məhəlləsində Girişanlı Aşıq Hüseyn Əsədini ustad seçir. O, özüylə Çingiz MehdipurFərrux Mehdipuru da yanına gətirir. Onlardan da bəhrələnib kamil sənətkar kimi tanınmağa başlayır.

Aşıq Səlcuq 1988-ci ildən sırf aşıqlığa başlayır. Çox nüfuzlu alimlərdən biri olan Professor Məhəmməd Hüseyn (Düzgün) onun ifasını, yaradıcılığını, səsini və hörmətini qiymətləndirir və xalq arasıda Səlcuq adını daşımasını xahiş edir. O vaxtdan da bu adı şərəflə daşıyır. Eyni zamanda Aşıq Səlcuq Şəhbazi olduğca diqqətli və bacarıqlı təşkilatçıdır. 1989-cu ildə "Azərbaycan aşıqları" kollektivini yaradır. 1992-ci ildə Azərbaycana səfər edir. Gəncədə aşıq diplomuna layiq görülür. 1999-cu ildə kollektivinin adını dəyişib "Dədə Qorqud Aşıqları" adlandırır. Çox çalışdıqdan sonra İranın radio və televiziyasında aşıq musiqisini rəsmiləşdirir. 7 il radio və televiziyada çıxış edir.

2005-ci ildə "Əl səsi" adında birinci şeirlər kitabı işıq üzü görür. 2006-cı ildə Dədə Qorqud kitabının Qazanxan dastanını müasir aşıq dilinə çevirib və Dədə Qorqud aşıqları ilə ifa edib. 2007-ci ildə “Təpədən dırnağa Azərbaycanam” şeirlər kitabı nəşr edilir. Onun bu kitabının müqəddiməsini Xalq Şairi Zəlimxan Yaqub yazıb. Dədə Qorqut aşıqları 2010-cu ildə Azərbaycanda keçirilən birinci Bəynəlxalq aşıq Festivalına dəvət olunur. Festivalda Dədə Qorqut aşıqlarının rəhbəri kimi çıxış edir.

Aşıq Səlcuq Şəhbazi 2010-cu ildə İranda musiqi evinda İran aşıqlarının nimayəndəsi seçilir. Həmin ildə "Aşıq dastanları" kitabı işıq üzü görür. 2013-cü il ”İran Aşıqları və ədəbiyyatı” kitabı aşıq Səlcuq Şəhbazinin 40 ildə çəkdiyi zəhmətin bəhrəsi kimi nəşr olunur. Bir bəstəkar aşıq kimi tanınaraq 8 aşıq havasının yaradıcısıdır.

Aşıq Səlcuq Şəhbazi İranın musiqi evində işləyir. Elə burada da aşıqlara bir mərkəz yaratmağa nail olur. 2015-ci ilin əvvələrində bütün sənədləri hazırlıyandan sonra İran dövlətinə rəsmi muraciət edıb. "İran Aşıqlar Birliyi" 2015-ci ilin oktyabr ayının 10-da Tehranın Niyavəran Mədəniyyət mərkəzində İran Aşıqlar Birliyinin beynəlxalq rəsmi açılışı oldu. Artıq Aşıq Səlcuq Şəhbazi İran aşıqlar birliyinin qurucusu və sədridir.[2]

2016–cı ilin Fevral ayının 14-də Azərbaycanın xalq şairi Zəlımxan Yaqubun anım günü Tehranın “Əndişə” musiqi salonunda İranın bir çox rəsmilərinin və Azərbaycanın İrandakı səfirinin iştirakıyla yüksək səviyyədə keçirildi. Burada Səlcuq Şəhbazinin rəhbərliyi ilə 170 aşığın çıxışı hər yana səs salmışdır.

  1. Şahbazi, S. “O tay-bu tay aşıq sənəti birdir”: [iranlı aşıq Səlcuq Şahbazi ilə müsahibə] //Mədəniyyət.- 2015.- 4 sentyabr.- S.15.
  2. "TEHRANDA İRAN AŞIQLAR BİRLİYİNİN TƏQDİMATI OLDU" (PDF). "Ozan dünyası" (az.). azab.az. 2015. İstifadə tarixi: 2016-02-04.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]