"Sənə qurban" — Ələkbər Tağıyevin Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi[1] və ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilmiş mahnı. Mahnı müxtəlif ölkələrdən olan müğənnilər tərəfindən, müxtəlif dillərdə ifa edilmişdir.[2]
"Sənə qurban" | ||||
---|---|---|---|---|
İfaçı | Zeynəb Xanlarova | |||
Yayımlanıb | 1968 | |||
Yazılma tarixi | 1968 | |||
Janr | xalq musiqisi | |||
Dil | Azərbaycan dili | |||
Müddət | 3:06 | |||
Bəstəkar | Ələkbər Tağıyev | |||
Sözlərin müəllifi | Mikayıl Müşfiq | |||
Audio nümunəsi | ||||
|
Mahnı Zeynəb Xanlarova tərəfindən bir çox Yaxın Şərq ölkələrində, o cümlədən Suriyanın Hələb şəhərində və Türkiyənin bir neçə şəhərlərində verilmiş konsertlər zamanı ifa edilmişdir.[3]
Mahnı Türkiyədə "Mavi muncuq" (türk. Mavi bocuk) adı ilə məşhurdur və Mikayıl Müşfiqin yox, Ülkü Aker adlı şairin yazdığı sözlərlə ifa edilir.[4] İlk dəfə 1974-cü ildə "Mavi muncuq" adlı türk filmində Emel Sayın tərəfindən ifa edilib.
2015-ci ildə "Eti" şirkətinin istehsalı olan uşaq şirniyyatının reklamında "Sənə Qurban" mahnısının musiqisindən istifadə edilmişdir.[5] 2017-ci ildə referendum qabağı təbliğat kompasiyası çərçivəsində Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) yayımladığı təbliğat videosunda "Sənə Qurban" mahnısından istifadə olunmuşdur.[6]
1972-ci ildə çəkilmiş "Sah Al-Num" adlı televiziya tamaşasında "Sənə Qurban" mahnısı ərəb dilidə əsas qəhrəmanın dilindən səsləndirilir.[3] 2012-ci ildə Suriyada vətəndaş müharibəsi zamanı etirazçılar mahnının sözlərini dəyişərək ərəb dilində ölkə rəhbərliyini istefaya çağıran sözlərlə ifa etmişlər.[3]
1974-cü ildə Türkiyədə "Mavi muncuq" filmində istifadə edilməsindən qısa müddət sonra film Balkanlarda və Yunanıstanda da məşhurlaşır. 1970-ci illərdə Yunanıstan müğənnisi Filippos Nikolaou mahnını yunan dilində "Pare Pare Me" adı ilə ifa edir. 1985-ci ildə İran ermənilərindən olan müğənni Andranik Madadyan mahnını erməni dilində "Garun garun" (azərb. Bahar bahar) adı ilə ifa edir. Ərəb dilli ölkələrdə mahnı "Fatoum fatoum fatoume" adı ilə tanınır. Ərəb mənşəli Livan müğənnisi Nensi Ajram "Sənə Qurban" mahnısıı teleşoulardan birində erməni dilində ifa edib.