Sərdar Əsəd (tam adı: Sərdar Heydər oğlu Əsədov) — Azərbaycan şairi[1].
Sərdar Əsəd | |
---|---|
Sərdar Heydər oğlu Əsədov | |
Doğum tarixi | |
Doğum yeri | Soltanlı, Cəbrayıl rayonu |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vəfat səbəbi | intihar |
Fəaliyyəti | şair |
Sərdar Əsəd 1929-cu il avqustun 29-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub[2]. Atası Heydər kişi savadsız bir kəndli, anası Həsyə xanım təhsil görməmiş kənd qadınlarından idi[1].
1955-ci ildə - APİ-nin filologiya fakültəsini bitirmişdi. 1955-ci ildə institutun ali məktəblərarası ştanq yarışlarında Sərdar Əsəd birinci yeri tutmuşdur[1].
Sərdar Əsəd “Ədəbiyyat və incəsənət” qəzetində (indiki “Ədəbiyyat” qəzeti) düz beş il - 1958-1963-cü illərdə işləmişdir[2].
30 iyun 1975-ci ildə vəfat etmişdir.[1].
İstedadlı şair Sərdar Əsəd də hələ gənclik illərini başa çatdırmamış ömrünü başa çatdırsa da, kifayət qədər bədii irs qoyub gedib. Sərdar ədəbiyyata 50-ci illərdə gələn Əli Kərim, Qulu Xəlilov, Əlfi Qasımov, Tofiq Mütəllibov, Fikrət Sadıq nəslinin nümayəndələrindən idi[3].
Sərdar Əsəd 40 yaşının tamamında yazdığı "Ömür keçdi yarıdan" şeirində mənalı həyat yolunun çətinliklərini qeyd etmişdir.
Yaradıcılığının lap erkən çağında - 1954-cü ildə qələmə aldığı "Şairin arzusu" şeirini onun poeziya yolunun proqram sənədi saymaq olar.
Yer ulduzu" (1974) kitabından aydın olur ki, mərkəzi mətbuatda hələ APİ-nin filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu dövrdən - 1952-ci ildən çap olunmağa başlayıb. "Gənclik illəri" adlı ilk şeir kitabını 1957-ci ildə nəşr etdirə bilmişdi. Bu kitabda və bundan üç il sonra çap etdirdiyi "Səni axtarıram" kitabında hər bir şeirin yazılma tarixi var. 1960-cı ildə nəşr olunan "Səni axtarıram" kitabında son şeirləri 1957-ci ilə aiddir. Bu, o dövrdə nəşr işinin nə qədər çətin olduğunu, bir kitabın çapı üçün ən azı üç il gözləmək lazım gəldiyini göstərən bir faktdır. 50-ci illərə aid bir sıra şeirlərinin "Yanan memar" (1963), "Cərrah ürəyi" (1965), "Simlərin tufanı" (1971) kitablarına daxil edilməsi göstərir ki, ilk kitabları yazdıqlarını əhatə etməmiş, seçmə şeirlərdən ibarət olmuşdu. Sağlığında bunlarla yanaşı, "Gözəl", "Meşədə qonaqlıq" və başqa şeir, həmçinin Bartodan, Rodaridən tərcümə kitablarını da çap etdirə bilmişdi. Kitabları İ.Soltan, N.Həsənzadə, M.Araz, E.Borçalı, Ə.Salahzadə və başqalarının redaktorluğu ilə çap olunmuşdu.
1977-ci ildə - vəfatından iki il sonra şeir və poemalardan ibarət "Dağları aşdı sellər" kitabı nəşr olunub.