Sabah (Malayziya)

SabahMalayziyanın şərqi ştatı və Kalimantan adasında yerləşən iki Malayziya ştatından biri. Ştat həmçinin Saravak, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya Federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Böyük Britaniyanın müstəmləkəsi olarkən «Şimali Borneo» adı ilə tanınırdı. Saravak kimi, bu ştatın da Malayziya yarımadasının ştatlarından kənarda qalmasına görə, ərazisinin xüsusi muxtariyyəti haqqında qanun var. Ştat Kalimantan adasının şimal hissəsində yerləşir və cənub-qərbdən sərhədə malik olduğu Saravak ştatından sonra ölkənin ikinci ən böyük ştatı kimi tanınır. Ştat həmçinin şimal və şimal-şərqdən Filippinlə, qərbdən isə Labuan federal ərazisi ilə dəniz sərhədlərinə malikdir. Sabah ştatı yalnız cənubdan İndoneziyanın Şimali Kalimantan əyaləti ilə beynəlxalq sərhədlərə malikdir. Ştatın inzibati mərkəzi Kota Kinabaludur (keçmiş adı Cesselton).[1]

Malayziyanın ştatı
Sabah
malay Sabah, negeiri di bawah bayu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
Sabah Tanah Airku

5°15′ şm. e. 117°00′ ş. u.


Ölkə Malayziya
İnzibati mərkəz Kota Kinabalu
Baş nazir Musa Aman
Tarixi və coğrafiyası
Yaradılıb 16 sentyabr 1963
Sahəsi 73 619 km² (2-ci yer)
Hündürlük
  •  Maksimal


  • 4095 m
Saat qurşağı +8
Əhalisi
Əhalisi 3 206 742 nəfər (2010) (3-cü yer)
Əhalinin sıxlığı 43,56 nəfər/km² (3-cü yer)
Rəqəmsal identifikatorlar
Abreviatura SBH
ISO kodu MY-12
Telefon kodu 087-089
Poçt indeksi 88xxx to 91xxx
Rəsmi sayt
Sabah xəritədə
Sabah xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Kota Kinabalu (Capital City)". 2015-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]