Sabir (film, 1962)

Tarixi-bioqrafik film satirik şair Mirzə Ələkbər Sabirin anadan olmasının 100 illiyinə həsr edilmişdir.

Sabir
Janr tarixi
bioqrafik
Rejissor Muxtar Dadaşov
Ssenari müəllifi Əhmədağa Qurbanov
Operator Əsgər İsmayılov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1962
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1962
Texniki məlumatlar 3 hissə
885 metr
35 mm

Məzmun[redaktə | mənbəni redaktə et]

Film tamaşaçıları rəssam Əzim Əzimzadənin rəsmləri vasitəsilə keçmişə-Sabirin yaşayıb yaratdığı dövrə qaytarır. Filmə ayr-ayrı səhnəciklər də daxil edilmişdir. Burada Sabir çıxış edir. Filmdə Cənubi azərbaycanlıların öz azadlıqları uğrunda apardığı mübarizə Sabirin qələminin qüdrətində öz əksini tapmışdır. Eyni zamanda filmdə qadın azadlığı mövzusuna da toxunulmuşdur. Son kadrlar BakıdaMoskvada keçirilən təntənəli iclaslarla başa çatır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Muxtar Dadaşov
Ssenari müəllifi: Əhmədağa Qurbanov
Operator: Əsgər İsmayılov
Cizgi rəssamı: Bəhmən Əliyev
Səs operatoru: Əziz Şeyxov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.