Sadiq Qurbanov (12 iyul 1972, Əlikli, İliç rayonu) — texniki elmlər namizədi. Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020).[1]
Sadiq Qurbanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Sadiq Haqverdi oğlu Qurbanov |
Doğum tarixi | 12 iyul 1972 (52 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Sadiq Qurbanov 12 iyul 1972-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. 1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cü ildə təhsilini başa vuraraq həmin fakültənin dissertantı olmuş, eyni zamanda "Nəzəri mexanika və bütöv mühit mexanikası" kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini almışdır. 1997–2001-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil almışdır. 2001–2004-cü illərdə YAP-ın göndərişi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsində təhsil almışdır. Ailəlidir, üç övladı var.
1999–2006-cı illərdə YAP-ın icra katibliyində "Partiyalar arası əlaqələr şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır. 2010-cu ildə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsi"ndə nəzarət sektorunun rəhbəri vəzifəsində çalışmışdır. İqtisad Universitetinin "İqtisadi hüquq" kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır. Eyni zamanda "Azərbaycan Respublikası Neft – qaz sənayesi işçilərinin respublika həmkarlar komitəsində" sədr müavini vəzifəsində çalışır. Mexanika-riyaziyyat sahəsində 11 elmi məqalənin, hüquq ixtisası sahəsində isə 15 elmi əsərlərin və "Əmək Məcəlləsinin kommentariyası" kitabının həmmüəllifidir.
9 fevral 2020-ci ildə Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputat seçilmişdir.[2]
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[3]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]
I kitab: oktyabr, 2003- mart, 2004.- Bakı: Bəstəkar NPM, 2005.- 342 s.
II kitab: aprel 2004 - iyul 2004.- Bakı: Bəstəkar NPM, 2005.- 342 s.
III kitab: iyul, 2004 - oktyabr, 2004.- Bakı: Bəstəkar NPM, 2005.- 342 s.
IV kitab: noyabr, 2004 - dekabr, 2004.- Bakı: Bəstəkar NPM, 2005.- 342 s.