"Sailor Moon: La Luna Splende" (azərb. Seylor Mun: Parlayan Ay) — Yaponiyanın Bandai Namco videooyun şirkətinin 16 mart 2011-ci ildə İtaliyada yayımladığı 2D videooyun. Oyun italyan dilində olan ilk "Seylor Mun" videooyunu xüsusiyyətini daşıyır.[2][3]
Sailor Moon: La Luna Splende azərb."Seylor Mun: Parlayan Ay" | |
---|---|
| |
Hazırlayan | Bandai Namco Avropa |
Yayımlayan | Bandai Namco Avropa |
Seriya | Sailor Moon Games |
Buraxılış tarixi | 16 mart 2011[1] |
Janrlar |
Action Platformer |
Yaş reytinqləri | PEGI: +7[1] |
Texniki məlumat | |
Platformalar | Nintendo DS |
Oyun rejimləri | tək oyunçulu |
Daşıyıcılar | Kartric |
Videooyun 2011-ci ilin 16 martında Nintendo DS platformaları üçün yayımlanmışdır və "Seylor Mun" videooyunlarının son versiyasıdır. Oyun İtaliyada satışa buraxılmış və adını "Seylor Mun" animesinin ikinci mövsümünün italyanca dublajındakı adından almışdır. Adını ikinci mövsümdən alsa da, videooyunun baş düşməni olan Kunsayt sadəcə birinci mövsümdə görünmüşdür. Videooyundakı personajların adları seriyanın italyanca versiyasına uyğunlaşdırılmışdır. "Sailor Moon: La Luna Splende" italyan dilində olan və Nintendo DS platformaları üçün istehsal olunan ilk "Seylor Mun" videooyunudur.
Nina (Naru Osaka) şüursuz şəkildə xəstəxanaya yerləşdirilir, Banni (Usaqi Tsukino) və dostları onun ziyarətinə gəlirlər. Luna onlara deyir ki, Ninaya hansıda bədheybət hücum etmiş ola bilər. Buna görə də onu xilas etmək üçün onlardan biri Ninanın yuxusuna daxil olmalıdır. Hər yuxuya daxil olmaq üçün personajlar 10 kristal və bir neçə xəzinə sandığı yığmalıdırlar. Onların burada ən böyük düşməni Lord Kaspardır (Kunsayt).