Seylor Neptun

Seylor Neptun (セーラーネプチューン, Sērā Nepuchūn?)Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Miçiru Kayo (海王 みちる, Kaiō Michiru?, ingilis versiyasında Mişel Kayo) olan Seylor Neptun adi yapon yeniyetmə tələbədir. Seylor Neptun Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.

Neptun Döyüşçüsü
Seylor Neptun.
Franşiz(lər)"Seylor Mun"
Yayın tarixi"Seylor Mun" #24: "Sonsuzluq 1 — Xəbərdarlıq" (1994)
Manqadavar
Animedəvar
Profil
Əsl adıMiçiru Kayo
İngilis versiyasıMişel Kayo
Növüinsan
Cinsiqadın
Doğum tarixi6 mart (Balıqlar)
Yaşı16-17, 23 (Kristal Tokio)
Qan qrupu0(I)
KomandalarıSeylor döyüşçüləri, Kölgə Qalaktika
Gücləridəniz suyunu idarə etmək[1], prekoqnisiya, astral səyahət

Hekayənin 3-cü hissəsində peyda olan Seylor Neptun daim partneri və sevgilisi Seylor Uran ilə gəzir. Seylor Uran qadın olsa da, aralarında lezbiyan münasibətlər var. Hekayənin hər iki versiyasında ilk öncə antiqəhrəman kimi göstərilir. Miçiru gözəl, istedadlı, arada qaşqabaqlı olur, bütün vaxtını Seylor döyüşçüsü kimi keçirir. Onun gücləri okean, prekoqnisiya və güzgüsünün verdiyi güclərdən ibarətdir.

Miçirunun violonçel ilə Naoko Takeuçi tərəfindən çəkilmiş təsvirir.

Seylor Neptun ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Uranla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. O, çox nəzakətli, sakit personaj kimi təsvir olunur. Miçiru yaydığı sofistik aurası ilə birlikdə gözəl və zərifdir. O ağıllıdır və bu, özünü incəsənətmusiqidə göstərir. Usaqi hətta bir dəfə bildirmişdi ki, Miçiru şahzadə olmağa gözəl bir nümunədir. İngiliscə dublajda adı Mişeldir.

Personajın ilk tanıtdırıldığı səhnələrdə Miçirunun Haruka və Hotaru ilə birlikdə Sonsuzluq Akademiyasına getdiyi göstərilir. Manqada Sonsuzluq Akademiyası məhv edildikdən sonra üçü də Usaqi və dostlarının oxuduqları məktəbə keçmişdir. Animedə onların bu məktəbə bu hadisədən sonra keçdikləri göstərilməmişdir, amma "Seylor Mun S"-də akademiyadan ayrı düşdükləri, bir dəfə isə Yaponiyanın hansısa yerində yerləşən otelə sığındıqları göstərilmişdir. Musiqili filmlərə görə Miçiru bir müddət xarici ölkədə təhsil almışdır.[2] Haruka onun ən çox güvəndiyi adamdır, Takeuçi özü də bildirmişdi ki, anime, manqa və musiqili filmlərdə onlar arasında lezbiyan münasibətlər var.[3] İngilis versiyasında onların qohum olduqları göstərilir.

Animedə Miçiru qısa müddət Seylor Ulduz işıqlarının üzvü Kou Seiya ilə sevgi münasibəti yaşanmışdır: Miçiru ondan paltarının sepini açmağını xahiş etmişdir. Amma manqada bu hərəkəti yer almamışdır, çünki manqada Seiya daim qadındır. "Sonsuzluq" hekayəsində Miçirunun Mamoru Çibaya qarşı hisləri baş qaldırmışdır, Huraku isə Usaqiyə yaxınlaşmışdır. Miçiru Mamoru ilə məqsədinə çatmasa da, Huraku Usaqiyə daha çox yaxınlaşmışdır, çünki Usaqi Miçiru ilə Mamorunu birlikdə görəndə qısqanırdı.

Miçiru çox məharətli qızdır, Seylor döyüşçüləri arasında incəsənətlə ən çox məşğul olan şəxsdir. Rəssamlıqüzgüçülüklə məşğul olur, skripkada çala bilir. Skripka onun ən sevimli musiqi alətidir, ən böyük arzusu məşhur skripkaçı olmaqdır.[4] Bütün fənləri sevir, lakin ən çox musiqi dərsini xoşlayır. Məktəbin üzgüçülükmusiqi klublarının üzvüdür.[5] Manqada kosmetika kolleksiyasına sahibdir. Animedə də üzməyi sevir, bundan yüngülləşmək üçün istifadə edir. Ən sevdiyi yemək saşimi, ən sevmədiyi yemək kikuraqe göbələkləridir. Naməlum səbəbdən dəniz xiyarlarına nifrət edir, ən sevimli rəngi dəniz mavisidir.[4]

Aspektlər və formalar

[redaktə | mənbəni redaktə et]

Seylor Neptun müxtəlif təcəssümlərə, xüsusi bacarıqlara, çevrilmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyü sayəsində Seylor Neptun Gümüş Minillik dövründən XXX əsrə qədər yaşaya bilmişdir.

Miçiru Kayonun Seylor döyüşçüsü şəxsiyyəti Seylor Neptundur. Döyüşçü geyimi səma mavisi və dəniz mavisi rənglərindədir. Digər Seylor döyüşçülərindən fərqli olaraq Seylor Neptunun əlcəkləri dirsəklərinə qədər deyil, qiymətli daşı dəniz mavisi olan boğazlığınındadır. Seylor Neptuna müxtəlif ləqəblər verilmişdir: Dərin suların döyüşçüsü,[6] Ağuş döyüşçüsü, Dəniz döyüşçüsü, Fərasət döyüşçüsü.[7] Gizli şəxsiyyəti ilə adi vətəndaş forması fərqlənmir, lakin adi formasında güclərindən istifadə edə bilmir. Partneri Haruka kimi Miçiru adi insan kimi prekoqnitiv güclərə malikdir. O, bu gücü sayəsində Ölüm Həvarilərinin növbəti hədəfinin kim olduğunu tapa bilər.

Seylor Neptun okean güclərinə (ancaq su deyil)[8] sahibdir. Özü ilə 3 talismandan biri olan Dərin Akva güzgüsünü gəzdirir. Bu güzgü həqiqəti ortaya çıxarmağa kömək edir. Seylor Neptun böyüdükcə gücləri və bacarıqları da dəyişmiş, buna uyğun olaraq da geyimi dəyişikliklərə uğramışdır. İlk belə hal manqanın 39-cu aktında Neptun kristalına toxunduqdan sonra baş vermiş və geyimi Super Seylor Mununkinə bənzəmişdir. Lakin özünə yeni ad verməmişdir. Animenin 167-cı seriyasında isə yeni geyimə sahib olmuş və özünü Super Seylor Neptun adlandırmışdır. Manqanın 42-ci aktında Əbədi Seylor Munun geyiminə bənzər formaya sahib olmuşdur.[9]

Şahzadə Neptun

[redaktə | mənbəni redaktə et]

Gümüş Minillikdə Seylor Neptun öz planetinin şahzadəsidir. Əsas vəzifəsi Günəş sistemini şər qüvvələrdən qorumaqdır. Şahzadə Neptun kimi Triton qalasında yaşayır və firuzəyi paltar geyinir. Bu halı ilə manqanın 41-ci aktında peyda olmuşdur. Şahzadə Neptun kimi Şahzadə Uran ilə münasibətlərinin olub-olmaması məlum deyil.

Xüsusi güclər və əşyalar

[redaktə | mənbəni redaktə et]

Miçiru adi insan olarkən prekoqnitiv güclərə malikdir, hansısa şər qüvvə hərəkətə keçəndə bunu hiss edir və "dəniz fırtınalıdır" deyərək bunu dilə gətirir. Öz səmavi güclərinə qovuşması üçün digər Seylor döyüşçüləri kimi çevrilməsi lazımdır. Çevrilmək üçün xüsusi alətlərindən birini göyə qaldırır və əsasən "Neptunun gücü, toplan!" sözlərindən istifadə edir. Seylor döyüşçüsünə çevrildikdən sonra Neptunun ulduz, planet və kristal güclərinə sahib olur. Manqada Neptun kristalına qovuşduqdan sonra "Neptunun Kristal Gücü" sözlərindən istifadə etməyə başlamışdır.[10]

Seylor Neptunun gücləri Roma mifologiyasında dəniz tanrısı Neptunla əlaqələndirilir. O, "dərin sular"ın enerjisini özünə çəkir və onunla düşmənlərini məhv edir. Seylor Neptunun 3 əsas hücumu var. Hücumların adları ingiliscə olsa da, yapon oxuculara bu adların kandzi adları verilmişdir.[11] Onun ilk və əsas hücumu Dərin Batış adlanır.

Manqada Seylor Neptun xüsusi əl güzgüsünə sahibdir.[12] Bu güzgü daha sonra 3 talismandan biri olan Dərin Akva güzgüsünə çevrilmişdir.[13] Digər 3 talisman isə Seylor Uranda və Seylor Plutondadır. Animedə Seylor Neptun uzun müddət bu güzgü ilə görsənməmişdir. Güzgü Seylor Neptuna Sualtı Xəyal (深海鏡射?, kandzi mənası "dərin dəniz güzgü zərbəsi")[11] adlı hücumdan istifadə etməsinə kömək edir. Həm anime, həm manqada güzgü dağıdıcı gücə malikdir. Animedə Miçiru güzgüdən illüziyaları dağıtmaq üçün də istifadə edə bilir. Güzgüdən astral səyahətlərə çıxmaq üçün də istifadə etmək mümkündür.[14] Bir müddət Miçiru güzgünü Çibiusaya vermişdir. Çibiusa güzgünün gücündən istifadə edərək Seylor Neptunun olduğu yerə teleportasiya olmuşdu.

Miçirunun skripkasının qiyməti 5 milyon dollardır və skripkaya "Dəniz kafedralı" adını vermişdir.[15] İştirak etdiyi bir konsertdən sonra skripkasından 3-cü — Sualtı Skripka Seli Submarine Violon Tide (深海提琴潮流?) adlı hücumu üçün istifadə etmişdir. Bu hücumdan ancaq manqada istifadə etmişdir, animedə heç vaxt göstərilməmişdir. Manqanın 50-ci aktında Seylor Neptun antiqəhrəman kimi bu hücumdan istifadə etmişdir, lakin bu hücum Qalaktika Skripka Seli adlanırdı. Hekayənin 5-ci hissəsində Seylor Neptuna Seylor Saturn tərəfindən Neptun kristalı verilmişdir.[11]

  • İtalyanca dublajda Seylor Neptun və Seylor Uranın sadəcə olaraq bacı kimi yaxın dostlar olduqları göstərilmişdir.
  • Fransızca dublaja görə Seylor Uran bilərəkdən adi insan formasında kişi kimi geyinir, Seylor Neptun isə özünü yalandan onun "sevgili"si kimi təqdim edir. Bunu etmələrinin səbəbi gizli şəxsiyyətlərini qorumaq olub.
  • Avropa dublajlarının çoxunda Seylor Uran ilə Seylor Neptun arasındakı məhəbbət sadəcə platonik məhəbbət kimi göstərilmişdir. Tayvanca dublajda da aralarındakı münasibətlər "yumşaldılmışdır".
  • Kanada dublajında da Seylor Uranla münasibətlərində dəyişikliklər edilib: onlar qohum kimi göstərilib, Seylor Neptunun eks-sevgilisi və heteroseksual olduğu təsvir olunub.[16]
  1. "Sailor Moon Materials Collection - Third Series". 2013-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-19.
  2. Sailor Moon Musical, 1998 Eien Densetsu kaiteiban, Stage 1, after Dream wa Ookiku everybody congratulates Ami on studying abroad and Michiru says, "If you go abroad, rely on me, I'm experienced with that."
  3. "BLACK MOON - Sailor Moon, created by Naoko Takeuchi". 2019-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-19.
  4. 1 2 Takeuchi, Naoko. Back of volume // Bishoujo Senshi Sailor Moon. 10. Kodansha. June 6, 1995. ISBN 4-06-178806-X.
  5. Takeuchi, Naoko. Act 43 // Bishoujo Senshi Sailor Moon. 16. Kodansha. September 6, 1996. ISBN 4-06-178841-8.
  6. Takeuchi, Naoko. Act 26 // Bishoujo Senshi Sailor Moon. 8. Kodansha. November 2, 1994. ISBN 4-06-178790-X.
  7. 1997 Winter Special Musical - Pretty Soldier Sailor Moon Sailor Stars (Revised)
  8. Takeuchi, Naoko. Act 29 // Bishoujo Senshi Sailor Moon. 9. Kodansha. February 6, 1995. ISBN 4-06-178797-7.
  9. Takeuchi, Naoko. Act 42 // Bishoujo Senshi Sailor Moon. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.
  10. "SailorMusic.net". 2007-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-04-13.
  11. 1 2 3 Takeuchi, Naoko. Act 39 // Bishoujo Senshi Sailor Moon. 14. Kodansha. March 6, 1996. ISBN 4-06-178826-4.
  12. Takeuchi, Naoko. Act 24 // Bishoujo Senshi Sailor Moon. 7. Kodansha. July 6, 1994. ISBN 4-06-178781-0.
  13. Episode 110.
  14. Takeuchi, Naoko. 'The Lover of Princess Kaguya // Bishoujo Senshi Sailor Moon. 11. Kodansha. July 6, 1995. ISBN 4-06-178809-4.
  15. Takeuchi, Naoko. Act 26 // Bishoujo Senshi Sailor Moon. 8. Kodansha. ISBN 4-06-178790-X.
  16. Wheeler, Robert; Bednarski, Dan; Wood, Tiffany. "Sailor Moon Uncensored". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-03-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]