Pələkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.[2]
Pələkli | |
---|---|
40°44′46″ şm. e. 45°34′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Yerli əhalinin məlumatına görə, kənd vaxtilə çoxlu pələng olan və buna görə də Pələngli adlanan binə yerində salındığı üçün belə adlandırılmışdır. Oykonimi XIX əsrdə Qazax qəzasında yaşamış quşçu icmasının pələkli tirəsinin adı ilə də əlaqələndirirlər.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Əsrikçayın sahilində, Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 334 | 167 | 167 |
2009[5] | ↘318 | ↘161 | ↘157 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə Vaqif Rəhimov adına Pələkli kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[6][7]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.