Əvəz Əkbər oğlu Ələkbərov (23 iyul 1952, Cil, Krasnoselsk rayonu) — Azərbaycanın görkəmli iqtisadçısı, dövlət, ictimai siyasi xadimi, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının eks Maliyyə naziri (1999–2006).
Əvəz Ələkbərov | |
---|---|
| |
11 iyul 1999 – 18 aprel 2006 | |
Əvvəlki | Fikrət Yusifov |
Sonrakı | Samir Şərifov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 iyul 1952 (72 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əvəz Ələkbərov 1952-ci il iyulun 23-də Qərbi Azərbaycanda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1973-cü ildə həmin institutun uçot-iqtisad fakültəsini bitirib, iqtisadçı ixtisası alaraq Bakı Baş tikinti idarəsində mühasib-hesabdar kimi işləmişdir. Sonra hərbi xidmətdə olmuşdur.
1975-ci ildən Azərbaycan Kənd Tikinti Nazirliyində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləmişdir.1980-ci ildə Kuybışev adına Moskva idarəetmə işçilərini təkmilləşdirmə institutunu bitirmişdir. 1981-ci ildən Azərbaycan Nazirlər Soveti İqtisadiyyat şöbəsində böyük referent və müdir müavini vəzifəsində çalışmışdır. 1991-ci ildən yeni yaradılan Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri olmuşdur. 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləmişdir.
1999-cu ildə Ümumi Milli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Maliyyə Naziri təyin edilmişdir, O bu vəzifədə 7 il işləmişdir. Respublikada iqtisadi siyasətin formalaşmasında, büdcə-vergi, pul-kredit və sosial siyasətin təşəkkül tapmasında səylər göstərmişdir. Onun bilavasitə təşəbbüsü və rəhbərliyi altında ilk "Vergi məcəlləsi", "Büdcə sistemi haqqında qanun" və "Sosial sığorta haqqında qanun" hazırlanmış və tətbiqinə nail olunmuşdur. Dövlət və hökumət komissiyalarının üzvü olmuşdur. Ölkəmizi ABŞ, Birləşmiş Krallıq, Çin, Türkiyə, İsveçrə, Belçika, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Danimarka, Hindistan və başqa ölkələrdə beynəlxalq, ikitərəfli dövlətlərarası konfranslar və tədbirlərdə çıxış edərək təmsil etmişdir. Azərbaycan–ABŞ dövlətlərarası iqtisadi komissiyasının həmsədri kimi iqtisadi əlaqələrin qurulmasında xidmətləri vardır. Beynəlxalq Valyuta fondu, İslam İnkişaf bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və Asiya İnkişaf bankının Azərbaycan üzrə müdiri olmuşdur. Azərbaycan Beynəlxalq Bankı və Birləşmiş Universal Bankın (Kapital Bankın) müşahidə Şurasının Sədri olmuşdur.
2000–2013-cü illərdə YAP Siyasi Şurasının üzvü olmuşdur. Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasnın üzvü, Çəmbərək Rayon İcmasının sədridir.
2003-cü ilin sentyabrn 30-da Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda, Bakı şəhərində "Bazar münasibətləri şəraitində Azərbaycanda sosial sığortanın formalaşması və inkişafı problemləri" mövzusunda (elmi rəhbər məşhur iqtisadçı, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Quliyev, rəsmi opponentlər iqtisad elmləri doktoru, professor Kamil Şahbazov, iqtisad elmləri namizədi, dosent Adilə Gözəlova, aparıcı təşkilat Rusiya Əmək və Sosial Münasibətlər Akademiyası) dissertasiya müdafiə etmiş və iqtisad elmləri namizədi, 2008-ci ilin yanvarın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən yaradılmış Birdəfəlik Dissertasiya Şurasında "Sosial-iqtisadi inkişafın maliyyə-büdcə tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (rəsmi opponentlər AMEA-nın müxbir üzvü Əli Nuriyev, iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayev və iqtisad elmləri doktoru, professor Rafiq Əliyev, aparıcı təşkilat Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu), iqtisad elmləri doktoru elmi dərəcəsi almış və elmi fəaliyyətlə məşğul olmuşdur, 100-ə qədər elmi əsərlərin, o cümlədən 5 monoqrafiyanın,1 biblioqrafik kitabın, 3 dərsliyin və 6 dərs vəsaitinin müəllifidir. Həm namizədlik dissertasiya, həm də doktorluq dissertasiya işi AMEA-nın İqtisadiyyat İnstitutunda yerinə yetirilmişdir. Dünya və ölkə mətbuatında ictimai-siyasi və iqtisadi məsələlər üzrə 500-dən çox məqalələri var. 2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasının (İndiki "Maliyyə və Audit" kafedrası) müdiri və "Professorlar Klubu" rəyasət heyətinin sədridir. O, 5 iqtisad üzrə fəlsəfə doktoru və 2 iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üzrə elmi rəhbər və elmi məsləhətçi kimi doktorant və dissertantlara töhfə verir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin qərarı ilə 2019-cu ildə "Maliyyə və maliyyə institutları" kafedrası üzrə professor elmi adı verilmişdir. Həmmüəlliflə Moskvada mötəbər "İqtisadiyyat" nəşriyyatında "Qlobal iqtisadi böhranın anatomiyası" adlı monoqrafiyası çoxsaylı tirajla çap edilmişdir. (resenzentlər Plexanov adına Rusiya iqtisad Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri, əməkdar elm xadimi, RF Akademiyasının müxbir üzvü, prof. Xasbulatov R. İ və RF Hökuməti yanında Maliyyə Universitetinin elmi tədqiqat institutunun direktoru, əməkdar iqtisadçı, professor Perskaya V. V.). "Davamlı İnkişafın Sosial-iqtisadi problemləri" üzrə 37-ci Beynəlxalq Elmi Konfransda "Bank sektorunun maliyyə sabitliyinin dəyərləndirilməsinin kompozid indeksinin tədqiqi" mövzusunda həmmüəlliflərlə tam mətnli elmi məqalə Web of science bazasında dərc edilmişdir. 2019-cu ilin mayın 15-də dünya elminə və iqtisadiyyatına göstərdiyi xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının "Sülh səfiri" beynəlxalq adına layiq gürülmüşdür. Azərbaycan Respublikasının Prezidenti yanında AAK qərarı ilə yaradılmış ED 2.10 dissertasiya şurasının üzvüdür.
20 iyul 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə ona "Əməkdar müəllim" fəxri adı verilmişdir.[1]
2 fevral 2024-cü ildə Azərbaycan Prezidentinin 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan dili, Rus dili və Türk dili dillərini bilir. Ailəlidir. İki övladı və nəvələri vardır.