Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Teymur Mahmud oğlu Əliyev (1896, Şuşa – 21 aprel 1938, Moskva) — Azərbaycan inqilabçısı və dövlət xadimi, Qazaxıstan SSR Xalq Komissarları Sovetinin sədr müavini, Qazaxıstan MSSR Xalq Komissarları Sovetinin sədr müavini, Almatı Şəhər Sovetinin sədri, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR xalq maliyyə komissarı, Naxçıvan SSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR xalq xarici ticarət komissarı, Azərbaycan SSR Ali İnqilab Tribunalının sədri.[1]
Teymur Əliyev | |
---|---|
5 dekabr 1936 – mart 1937 | |
1933 – 5 dekabr 1936 | |
mart 1933 – sentyabr 1933 | |
1929 – 1931 | |
Sonrakı | Suren Zarafyan |
1924 – 1929 | |
Əvvəlki | Əlisəttar İbrahimov |
Sonrakı | Əli Məhəmmədov |
1922 – 27 fevral 1923 | |
Əvvəlki | Behbud ağa Şahtaxtinski |
Sonrakı | vəzifə ləğv edilib |
27 noyabr 1920 – 1922 | |
Əvvəlki | vəzifə təsis edilib |
1920 – 1921 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 1938 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Teymur Mahmud oğlu Əliyev 1896-cı ildə Şuşada doğulmuşdur. 1916–1917-ci illərdə Göyçay qəzasında müəllim işləmişdir. 1917–1918-ci illərdə Kazan Universitetində təhsil alsa da, təhsilini tamamlaya bilməmişdir.
1919-cu ildən Qızıl Ordu sıralarına qatılmışdır.
Teymur Əliyev 1917-ci ildə Göyçay Sovetinin sədri olmuşdur.
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Maarifi Nazirliyində katib işləmişdir.
Aprel işğalından sonra Teymur Əliyev 1920–1921-ci illərdə Ali İnqilab Tribunalının rəhbəri olmuşdur.
27 noyabr 1920-ci ildə çevrilmə və birləşmə yolu ilə Xalq Xarici Ticarət Komissarlığı təsis edildi və Teymur Əliyev komissar vəzifəsinə təyinat aldı. 1922-ci ilədək bu vəzifədə çalışmışdır.
Teymur Əliyev 1922-ci ildən 27 fevral 1923-cü il tarixinədək Naxçıvan Xalq Komissarları Sovetinin sədri olmuşdur.
O, 1924–1929-cu illərdə xalq maliyyə komissarı olmuşdur. 1929–1931-ci illərdə isə Xalq Komissarları Soveti yanında Dövlət Plan Komitəsinin sədri işləmişdir.
Teymur Əliyev 1932–1933-cü illərdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi yanında Ümumittifaq Kommunal Təsərrüfat Şurası Rəyasət Heyətinin üzvü, Plan İdarəsinin rəisi olmuşdur.
1933-cü ilin mart ayından sentyabr ayınadək Almata Şəhər Sovetinin sədri olmuşdur. 1933-cü ilin oktyabr ayından 1937-ci ilin mart ayınadək Qazaxıstan Xalq Komissarları Soveti sədrinin birinci müavini olmuşdur.
Teymur Əliyev 1937-ci ilin iyun ayınadək Azov-Qara Dəniz Diyar Kommunal Təsərrüfat İdarəsinin rəisi olmuşdur.
Teymur Əliyev 4 iyun 1937-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən 58-ci maddə üzrə Rostovda həbs edilmişdir. O, Azərbaycanda antisovet, əks-inqilabi, burjua-millətçi təşkilatda iştirak etməkdə, təxribat və casusluqla məşğul olmaqda ittiham olunmuşdur. 21 aprel 1938-ci ildə güllələnmişdir. Nəşi Moskva vilayətinin Kommunarka şəhərində dəfn olunub.
Teymur Əliyev ilə bağlı 1956-cı ildə bəraət qərarı çıxmışdır.
Bakıda Atatürk və Azadlıq prospektlərini birləşdirən və "Milyonerlər məhəlləsi" olaraq tanınan küçə onun adına olub.[2] 2012-ci ildə küçənin adı dəyişdirilərək Xalq şairi Məmməd Arazın adı verilib.[3]