Saleh Məmmədov (maliyyə naziri)

Saleh Məmmədəli oğlu Məmmədov (12 avqust 1956, Pələkli, Tovuz rayonu) — Azərbaycan Respublikasının sabiq maliyyə naziri (1992–1993), iqtisad elmləri dokturu, professor.

Saleh Məmmədov
5 oktyabr 1992[1] – 9 dekabr 1993[2]
ƏvvəlkiBədir Qarayev
SonrakıFikrət Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi 12 avqust 1956(1956-08-12) (68 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti dövlət qulluqçusu

Saleh Məmmədov 1956-cı ilin avqust ayının 12-də Tovuz rayonunun Çatax sovetliyinin Pələkli kəndində anadan olmuşdur. 1973-cü ildə rayonun Çatax kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1973–1977-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və statistika fakültəsində təhsil almışdır. 1977–78-ci illərdə hərbi xidmətdə olmuşdur.

1980-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə ixtisası üzrə aspiranturasına daxil olmuş, aspiranturanı bitirərək, iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Ardınca, İ. A. Voznesenski adına Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunda doktorantura üzrə təhsilini davam etdirərək iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır.

Ailəlidir, üç övladı var.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində başlamış, doktorantura təhsilini bitirdikdən sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə kafedrasında fəaliyyət göstərmişdir.

Dövr ərzində, Azərbaycan KP MK-nin iqtisadi məsələlər üzrə katibinin, Azərbaycan Respublikasının baş nazirinin, Azərbaycan Respublikası prezidentinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində işləmişdir.

1992-ci ilin oktyabrında Azərbaycan Respublikasının Maliyyə naziri təyin edilmiş və 1993-cü ilin dekabrında vəzifəsindən azad edilmişdir. 17 mart 1993-cü il tarixində Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü təyin edilmişdir.[3] Bundan sonra fəaliyətini Bakı şəhər icra hakimiyyətində icra başçısının məsləhətçisi kimi davam etdirmiş, həmçinin müxtəlif universitetlərdə elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşdur.

"Azərbaycanın sosial-iqtisadi inkişaf proqramı (2000–2050-ci illər)" kitabının, "İnflyasiya və maliyyə bazarı" monoqrafiyasının müəllifidir.

  1. "S. M. Məmmədovun Azərbaycan Respublikasının maliyyə naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-11.
  2. "S. M. Məmmədovun Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-11.
  3. "Arxivlənmiş surət". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.