Saman Nəriman Cahan

Saman Nəriman Cahan (fars. سامان نریمان جهان‎, d. 18 aprel 1991, Bünab, Şərqi Azərbaycan ostanı, İran) — hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi komandasının keçmiş cənubi azərbaycanlı yarımmüdafiəçisi, 23 yaşadək futbolçulardan ibarət İran millisinin keçmiş üzvü.

Saman Nəriman Cahan
fars. سامان نریمان جهان
Ümumi məlumatlar
Tam adı Saman Nəriman Cahan
Doğum tarixi (32 yaş)
Doğum yeri Bünab, Şərqi Azərbaycan ostanı, İran İran
Vətəndaşlığı İran İran
Boyu 165
Mövqeyi hücuma meyilli yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
2007 – 10 İran Traktor
2010 – 12 İran Maşın Sazi
2012 İran Neft Tehran
Klub karyerası[* 1]
2012 – 13 İran Neft Tehran 14 (2)
2012 – 13   İran Göstəriş Polad 25 (6)
2013 – 16 İran Göstəriş Polad 48 (10)
2014 – 16   İran Traktor 36 (12)
2016 – 17 İran Maşın Sazi 12 (2)
2017 İran Persepolis 12 (0)
2017 – 18 İran Göstəriş Polad 22 (3)
2018 – 19 İran Peykan 19 (1)
2019 İran Maşın Sazi 15 (2)
2020 – .2021.. Azərbaycan Neftçi Bakı 12 (1)
Milli yığma[* 2]
2012 İran İran U-23 6 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Əhalisi azərbaycanlılardan ibarət olan və əsasən Azərbaycan dilində danışılan bölgə olan Şərqi Azərbaycan ostanının Bünab ərazisində anadan olan Saman futbolçu karyerasına Təbrizin İran peşəkar futbol liqasındakı təmsilçisi Traktorda başlamışdır. Həmçinin onun peşəkar futbolçu kimi yetişməsində Təbrizin digər klubu Maşın SaziTehranın Neft Tehran klublarının da böyük rolu olub. Peşəkar olaraq karyerasına 2012-ci ildə məhz Neft Tehran klubunda başlayıb. Həmin ilin ikinci yarısını icarə əsasında Göstəriş Poladda keçirən Saman, özünü yaxşı nümayiş etdirmiş və növbəti mövsüm Göstərişə transfer edildi.

Traktorda icarədə oynayıb yenidən Göstərişə qayıdan Saman 2016-cı ilin yayında Avstriya Bundesliqası təmsilçisi Volfsbergerə baxışa yollansa da, maliyyə problemləri səbəbindən onun transferi baş tutmadı. Saman 2016-17 mövsümündə yenidən qurulmuş Maşın Sazi komandasına qatıldı. Azadi stadionunda İstiqlalla oyunda məhz onun qolu sayəsində komandası Tehran təmsilçisi ilə heç-heçə etdi. Artıq o, tərəfdarlar tərəfindən İstiqlalın killeri kimi tanınırdı, çünki bu qol onun İstiqlala karyerası ərzində vurduğu növbəti qollardan biri idi.

4 yanvar 2017-ci ildə Nəriman Cahan rəsmi olaraq Fars Körfəzi Pro Liqasının liderlərindən biri olan Persepolis ilə 2 il yarımlıq müqavilə imzaladı. 13 yanvar 2017-ci ildə yeni komandası ilə Azadi stadionunda Saypaya qarşı keçirilən matçda debüt etdi.

Persepolisdə oynadıqdan sonra yenidən geri dönmək qərarına gəldi və Göstəriş Polad ilə 1 illik müqavilə bağladı.

Sonrakı mövsümlərdə Peykan və təkrarən Maşın Sazidə oynayan Nəriman Cahan 2020-ci ilin 10 yanvarında Azərbaycan Premyer Liqası klublarından olan Neftçi ilə il yarımlıq müqavilə imzalayaraq karyerasında ilk dəfə legioner həyatı yaşamağa başladı.

İstinadlar[redaktə | mənbəni redaktə et]