Samsung Pay-(SΛMSUNG Pay kimi stilizə edilib) dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Cənubi Koreyanın Samsung Electronics şirkəti tərəfindən idarə olunan mobil ödəniş və rəqəmsal pul kisəsi xidmətidir[1].Xidmət ilk dəfə Cənubi Koreyada 20 avqust 2015-ci ildə istifadəyə verilib. Bu xidmət, istifadəçilərə smartfonları və smart saatları vasitəsilə alış-veriş etmək, ödəniş etmək, bank kartları və loyallıq kartları ilə əlaqə qurmaq və bir çox əməliyyatıları aparmağa imkan verir[2]. Samsung Pay, Samsung-un 2015-ci ilin fevralında təxminən 300 milyon dollara aldığı startap şirkəti LoopPay-in əqli mülkiyyətindən hazırlanmışdır ki, bu da şirkətin ən böyük alışlarından biridir.[3].
Samsung Pay | |
---|---|
Tipi | mobil ödəniş, elektron cüzdan, mobil tətbiq |
Müəllif | Samsung Electronics |
Tərtibatçı | Samsung Electronics |
Əməliyyat sistemi | Android, Wear OS |
Yayımlanma tarixi | 20 avqust 2015 |
Status | 20 avqust 2015 (Cənubi Koreya) |
Sayt | samsung.com/ru/samsung-p… |
Vikianbarda əlaqəli mediafayllar |