Samur döyüşü

Samur döyüşüSəfəvi-Şirvan müharibəsi zamanı baş vermiş döyüşlərdən biri. Döyüş nəticəsində Səfəvilər Qafqazdakı nüfuz və əhatə dairələrini itirdilər.

Səfəvi-Şirvan müharibəsi (1459-1460)
Tarix 1460
Yeri Qusar
Səbəbi Strateji məntəqəyə malik əraziyə ağalıq üstündə savaş
Nəticəsi Səfəvilərin məğlub olub müttəfiqlərin qalib gəlməsi.
Ərazi dəyişikliyi Səfəvilərin Qafqazdakı nüfuz və əhatə dairələrini itirmələri.
Münaqişə tərəfləri

Səfəvilər

Şirvanşahlar
Qaraqoyunlular

Komandan(lar)

Şeyx Cüneyd

I Xəlilullah
Cahan şah

Səfəvilərin başçısı Şeyx Cüneyd özünün nüfuz və əhatə dairəsinin genişləndirmək məqsədilə Şirvana hücum etmək qərarına gəldi. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10.000 əsgər ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi. Şirvandakı şiə tərəfdarları da ona qoşuldular. Çərkəzlərlə dini müharibə basqın üçün bəhanə oldu. Şeyx Cüneydin niyyətini duyan və təbərsəranlılar tərəfindən təhrik edilən Şirvanşah I Xəlilullah Qaraqoyunlu Cahan şahın yardımı ilə böyük qoşunla onun qabağına çıxdı. 1460-cı ildə Samurçayın sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Şeyx Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi. Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə Şeyx Cüneydin müridləri onun cəsədini Samurçayın sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər.