Vaqif Cəfərov

Vaqif Cəfərov (18 aprel 1949, Şuşa, DQMV20 noyabr 1991, Qarakənd, DQMV) — görkəmli dövlət xadimi, SSRİ Ali Sovetinin üzvü, SSRİ Xalq deputatı, Azərbaycan KP Şuşa rayon Komitəsinin birinci katibi, Dağlıq Qarabağ Vilayəti(DQMV) üzrə Respublika təşkilat komitəsinin sədr müavini, Azərbaycan Respublikası Sənaye-Tikinti nazirinin müavini. 20 noyabr 1991-ci ildə Qarabağda Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə bigə içində olduğu Mi-8 hərbi vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur.

Vaqif Cəfərov
Vaqif Cəfər oğlu Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi 18 aprel 1949(1949-04-18)
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1991(1991-11-20) (42 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti dövlət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaqif Cəfər oğlu Cəfərov 1949-cu il, aprel ayının 18-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.

1966-cı ildə Şuşa şəhəri 1№-li orta məktəbini, 1972-ci ild də M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunun energetika fakültəsinin bitirmişdir.

1973-cü ildə ordudan tərxis olunaraq, Şuşaya qayıdıb müəyyən dövrlərdə "Şuşa" qəzeti redaksiyasında şöbə müdiri, DQMV Komsomol Komitəsi təşkilat şöbəsində təlimatçı, 1974–1976-cı illərdə Ağdərə rayon komsomol komitəsinin II katibi vəzifəsində işləmişdir.

1980-ci ilədək Azərbaycan Komunist Partiyasının Şuşa rayon Komitəsinin təlimatçısı olmuş, eyni zamanda ictimai əsaslarla partiya komissiyasının sədri vəzifəsində işləmişdi.

1980–1982-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.

1988-ci ilədək Azərbaycan Komunist Partiyaınsın Dağlıq Qarabağ Vilayət Komitəsində lektor, təlimatçı, şöbə müdirinin müavini, inzibati orqanlar və maliyyə-ticarət şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1988-ci ilin avqust ayından 1991-ci ilin oktyabr ayınadək Vaqif Cəfərov Şuşa rayon Partiya Komitəsinin I katibi vəzifəsində işləmişdir.

1991-ci ilin oktabr ayında Azərbaycan Respublikasının Tikinti- Sənaye nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

1991-ci il noyabr ayının 20-də torpağlarımızın suverenliyi uğrunda apardığı mübarizə zamanı Qarabağda Qarakənd səması erməni düşmənlərimiz tərəfindən vurulmuş Mi-8 vertolyotunda bir çox görkəmli dövlət məmurları ilə birlikdə şəhid olmuşdur.

Vaqif Cəfərov SSRİ Ali Sovetinin deputatı olaraq bir çox işlər görmüşdür. Onun ən böyük xidmətlərindən biri də o idi ki, Şuşaya şəhər statusu vermək üçün təşəbbüs qaıldırmış və tezliklə bu məqsədinə nail olmuşdur.

Vaqif Cəfərovun təşəbbüsü ilə ali məktəblərin fakültələri və eyni zamanda əvvəllər Şuşa şəhərində fəaliyyət göstərməyən bir neçə texnikumların şöbələri açılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Vaqif Cəfərovla müsahibə [1]