Qurban Namazəliyev

Qurban Hüseyn oğlu Namazəliyev (17 noyabr 1947, Horadiz, Qaryagin rayonu, Azərbaycan SSR20 noyabr 1991, Qarakənd, Xocavənd rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini (1991), Qarakənd faciəsinin şəhidi.

Qurban Namazəliyev
Qurban Hüseyn oğlu Namazəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 17 noyabr 1947(1947-11-17)
Doğum yeri Horadiz, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 noyabr 1991(1991-11-20) (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Qarakənd faciəsi
Uşaqları Ruslan, Leyla, Nigar

Həyatı[redaktə | mənbəni redaktə et]

Qurban Hüseyn oğlu 17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub.[1] 19541965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi və baş mühəndis vəzifəsində çalışmağa başlamışdır. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdir. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdir. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdir.

1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdur. Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikası Xatirə Kitabı, XI cild, M, N (Mu...-N.). Bakı: Respublika Xatirə Kitabı redaksiyası. 2011. səh. səh.334. ISBN A-49.