Serap Yazıcı Özbudun

Serap Yazıcı Özbudun (1963, Ankara) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Serap Yazıcı Özbudun
türk. Serap Yazıcı
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023Antalya
Şəxsi məlumatlar
Doğum tarixi 1963
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
  • Ankara Universitetinin Hüquq fakültəsi[d]

Serap Yazıcı Özbudun 1963-cü ildə Ankarada anadan olub. 12 yaşında anasının öldüyü yol-nəqliyyat qəzasında görmə qabiliyyətini itirib. 1984-cü ildə Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. 1986-cı ildə həmin universitetin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi, 1995-ci ildə isə PhD dərəcəsi alıb. 1991-1992-ci illərdə İngiltərənin Bristol Universitetində təlim alıb.[1]

Konstitusiya hüququ professoru olaraq 1998-2012-ci illərdə İstanbul Bilgi Universitetində, həmçinin İstanbul Şəhər Universitesi və Sabancı Universitetində çalışıb. Hüquq mövzularında məqalələri mövcuddur.[1]

2001-2003-cü illərdə Cümhuriyyət Xalq Partiyası Məclisinin üzvü olub. 2020-ci ildə Gələcək Partiyasının üzvü olub və İdarə Heyətinin üzvü — insan hüquqları üzrə sədr müavini vəzifəsində təmsil olunub.[1]

2023-cü il mayın 14-də Gələcək Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Konstitusiya Komissiyasının və TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Səadət və Gələcək Partiyalarından ibarət TBMM qrupunun təsis edilməsi üçün 6 iyul 2023-cü ildə hüquqi olaraq Səadət Partiyasının üzvü olub.[1]

İngiliscə bilir. Evlidir.[1]

  1. 1 2 3 4 5 6 TBMM. "Serap YAZICI ÖZBUDUN". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.