Seyfəddin Əli oğlu Altaylı (türk. Seyfettin Ali oğlu Altaylı; 1 yanvar 1950, Qoçqıran, İğdır ili) — Filologiya üzrə fəlsəfə doktoru, dosent; Lüğətşünas, ədəbiyyatşünas; İzzəddin Həsənoğlunun tədqiqatçısı.
Seyfəddin Altaylı | |
---|---|
Doğum tarixi | 1 yanvar 1950 (74 yaş) |
Doğum yeri | |
Elm sahələri | Azərbaycan ədəbiyyatı, folklor, Türk tarixi, Türk mifologiyası, Türkiyə ədəbiyyatı |
Elmi dərəcəsi |
|
Elmi adı | |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü |
|
1 yanvar 1950-ci ildə İğdır ilinin Dizə (Koçkıran) kəndində anadan olmuşdur. 1963-cü ildə İğdır orta məktəbini, 1969-cu ildə İğdır liseyini, 1980-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirmişdir.[1]
1970–1977-ci illərdə İqdırın Aralıq qəsəbəsində və Dizə kəndində müəllim işləyib. Uzun müddət 2015-ci ildən Bakı Avrasiya Universitetində müəllim işləyir. Azərbaycan ədəbiyyatı və Dünya ədəbiyyatından mühazirələr oxuyur. Eyni zamanda Türkoloji Mərkəzdə baş elmi işçi kimi çalışır.
1963-cü ildən şeir yaradıcılığına başlayıb və ilk şeiri İqdırda "Yaşıl İydir" qəzetində çap olunub.
1985-ci ildə TRT "Türkiyənin Səsi" Radiosunun Azərbaycan Türkcəsi Verilişləri Redaksiyasına imtahanla qəbul olunub və 8 ay sonra radionun rəhbərliyinə təyin edilib. Azərbaycan verilişləri redaksiyasının 30 il rəhbəri olmuşdur.[2]
1995–1996-cı illərdə TRT tərəfindən çəkilən "Qafqaz ulduzu" adlı Azərbaycana həsr olunmuş 17 seriyalı sənədli filmin rəhbərliyini və məsləhətçiliyini edib. Radioda, "Türk tarixindən", "Azərbaycan tarixi", "Dədə Qorqudda Türk Dövlət Gələnəyi", "Vaxta İz Salanlar" adlı proqramları hazırlayıb və aparıb. 1988-ci ildən "Sözümüz-söhbətimiz" adlı proqramı hazırlamış və aparmışdır.
Azərbaycan Yazıçılar İttifaqı və Ankarada mənzillənən Yazarlar Birliyinin üzvüdür.
Tələbə ikən elmlə məşğul olmağa başlamış və xüsusilə Azərbaycanla bağlı elmi məqalələr yazmışdır.
"Azərbaycan xalq deyimlərində mifoloji və tarixi elementlərin əksi" adlı fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.
Lüğətşünaslıq, Folklor, Türk Tarixi, Türk Mifoloqyası, Türk dili və ədəbiyyatı, Türk xalqları ədəbiyyatı mövzularında tədqiqat işləri aparır.
3 cildlik "Azərbaycan Türkcəsi sözlüyü"nü hazırlayıb çap etdirmişdir.
Seyfəddin Altaylı XIII əsr şairi İzzəddin Həsənoğlunun 367 vərəqlik bir əlyazmasını əldə etmiş və onun üzərində dörd ildən çox işləyərək Ankarada Altınordu Yayınlarında çap etdirmişdir.[3]