Seyfulla Şamil oğlu Qasımov (azərb. Qasımov Seyfulla Şamil oğlu) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, "Azərbaycan Bayrağı" ordeni kavaleri.
Seyfulla Qasımov | |
---|---|
Seyfulla Şamil oğlu Qasımov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağarəhimli, Saatlı rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | İnfarkt |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Azərbaycan xüsusi xidmət orqanları |
Xidmət illəri | 1985-2004 |
Rütbəsi | Polkovnik |
Təltifləri |
Seyfulla Qasımov 25 avqust 1958-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə 33-saylı dəmiryol məktəbində təhsil almışdır. 1975-1980-ci illərdə Dövlət Neft Akademiyasında riyaziyyatcı-mühəndis ixtisasına yiyələnmişdir.[1]
1980-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun xüsusi konstruktor bürosunda çalışmışdır. 1985-2004-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışdıqdan sonra, 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində yeni yaranan Terrora Qarşı Mübarizə Baş İdarəsində rəis əvəzi vəzifəsində çalışmışdır.
2004-cü ildə Eldar Mahmudov tərəfindən əsassız olaraq işdən azad edilmişdir.[2]
2010-cu il 12 dekabrda ürək tutmasından vəfat etmişdir.[3]
Goranboy rayonunun Erkeç, Buzluq və Manaşid kəndlərinin azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyatlarda fəal iştirak etmişdir.[4]
1995-ci ildə Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı”ordeni ilə, 1998-ci ildə ”Hərbi Xidmətlərə görə” medalı ilə,[5] 2002-ci ildə isə “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur.[6]
Elşad Həsənov və Azər Səlimovun müəllifliyi ilə "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən "SEYFULLA QASIMOV" kitabı çap edilib.[7]