Seyid Əhməd Paşa

Seyid Əhməd Paşa (ö. 1799) — I ƏbdülhəmidIII Səlim səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.

Seyid Əhməd Paşa
سيد احمد باشا
Şəxsi məlumatlar
Doğum yeri Ədirnə
Vəfat tarixi
Vəfat yeri Ərzurum, Osmanlı imperiyası
Atası Kürəkən Süleyman Paşa
Həyat yoldaşı Xədicə Sultan
Uşaqları Kürəkən Ələddin Paşa
Osman Paşa

Doğum tarixi bilinməsə də, Ədirnədə dünyaya gəldiyi məlumdur. Atası Anadolu bəylərbəyliyinə qədər yüksələn Kürəkən Süleyman Paşadır. Atası ölümündən bir neçə ay öncə Sultan Əhmədin qızlarından Zübeydə Sultanla evlənmiş, bu səbəblə uşaqlığından bəri saraya yaxın olmuşdur. Əndərunda təhsil aldıqdan sonra saraya alındı və baş qapıçılığa qədər yüksəldi. Ardından 1780-ci ildə Bozox, 1781-ci ilin iyulunda Moreya, 1782-ci ilin sentyabrında isə vəzir rütbəsiylə Krit sancaqbəyliyinə təyin edildi. Bu vəzifədə ikən 29 aprel 1784-cü ildə Sultan Mustafanın qızlarından Xədicə Sultanla nişanlandı və həmin ilin iyununda Anadolu bəylərbəyi oldu. Cütlüyün toy mərasimi isə 1787-ci ilin oktyabrında baş tutdu. Bu nikahdan paşanın övladı olmadı.[1]

Toy mərasiminin ardından Sofiya mühafizəsi ilə vəzifələndirildi və Rumeli bəylərbəyi seçildi. 1798-ci ilədək AnadoluRumelinin müxtəlif əyalətlərində xidmət göstərdi. Ən son xidmət yeri olan Ərzurumda 1799-cu ildə vəfat etdi.

İlk evliliyindən dünyaya gələn böyük oğlu Ələddin Paşa özü kimi Anadolu bəylərbəyliyinə qədər yüksəlmiş, 1801-ci ildə Sultan Əbdülhəmidin qızlarından Hibətullah Sultanla evlənmişdir. 1813-cü ildə vəfat etmişdir. Digər oğlu Osman Paşa isə 1808-ci ildə Karesi sancaqbəyi olmuş, 1809-cu ildə bölgədəki iğtişaşlarda şəhid düşmüşdür.

  • Sicil-i Osmani I, s. 220.
  • Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, Oğlak Yyaınları, 4. baskı, s. 311–313
  1. Uluçay, Mustafa Çağatay (1985). Padışahların kadınları ve kızları. Türk Tarihi Kurumu Yayınları. p. 220.