Kürəkən Ələddin Paşa

Kürəkən Ələddin Paşa (ö. yanvar 1813) — Osmanlı sultanı III Səlim dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Ələddin Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Seyid Əhməd Paşa
Həyat yoldaşı Hibətullah Sultan

Atası I Əbdülhəmid dönəminin vəzirlərindən Seyid Əhməd Paşa idi. Atası Sultan Mustafanın qızlarından Xədicə Sultanla evli olsa da, Ələddin Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir.

Saray xidmətinə alınaraq baş qapıçı, ardından 1801-ci ildə vəzir rütbəsilə Qaraman bəylərbəyi təyin edildi. 1802-ci ilin sentyabrında Sivas, 1803-cü ilin fevralında Ərzurum, həmin ilin sentyabrında Anadolu bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 3 fevral 1804-cü ildə Sultan Əbdülhəmidin qızlarından Hibətullah Sultanla nigahlandı. Nigahdan bir müdət sonra vəzifədən alınsa da, 1807-ci ilin iyununda yenidən Anadoluya təyin olundu. Sultan Mustafanın taxtdan devrilməsinin ardından 1809-cu ildə bütün vəzifələrindən azad edilib, xanımıyla birlikdə Üsküdardakı köşkünə çəkildi. 1813-cü ilin yanvarında burada vəfat etdi.

  • Sicil-i Osmani I cild, s. 246.