Zübeydə Sultan (29 mart 1728, İstanbul – 4 iyun 1756, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.
Zübeydə Sultan | |
---|---|
osman. زبيده سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 mart 1728 |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyun 1756 (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | III Əhməd |
Anası | Əminə Müsəllin Qadınəfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Zübeydə Sultan 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə xanımlarından Əminə Musəllin Qadınəfəndidir. Hələ 2 yaşında atası taxtdan endirilmiş, bu səbəblə bütün bacı-qardaşları kimi Köhnə sarayda yaşamağa başlamışdır. Buna baxmayaraq atasından sonra taxta çıxan əmisi oğlu Sultan Mahmud ona qarşı olduqca mülayim olmuşdur. Hətta 1747-ci ilin avqustunda onun adına sahildə bir köşk də inşa etdirmişdi.
6 yanvar 1748-ci ildə Anadolu bəylərbəyi Süleyman Paşa ilə nigahlansa da, nişandan bir neçə ay sonra paşa vəfat etdi. Çox keçmədən 16 dekabr 1748-ci ildə qapıçılar kəndxudası Numan ağa ilə evləndirildi. Nigahın ardından Numan ağa vəzirliklə Saloniki valisi təyin edildi. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu. Əri uzun müddət müxtəlif əyalətlərdə xidmət etdi.
Sultan Əhmədin digər qızları kimi Zübeydə Sultan da gənc yaşda 1756-cı ildə vəfat etdi. Cənazəsi Yeni məsciddə dəfn olundu.