Bu məqaləni vikiləşdirmək lazımdır. |
Seyid Hüseyn Seyid Rza oğlu Badkubeyi (1878, Bakı – 1939, Nəcəf) — İslam alimi.
Seyid Hüseyn Badkubeyi | |
---|---|
Seyyid Hüseyn ibn seyid Rza ibn Seyyid Musa Hüseyni Badkubeyi | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 1939 |
Vəfat yeri | |
Uşaqları | Dörd oğul, bir qız |
Fəaliyyəti | alim |
Azərbaycan İslam dünyasına yüzlərlə fəqih və alim təqdim etmiş bir məmləkətdir. Seyid Hüseyin Badkubeyi hicri-qəməri 1293-cü ildə Bakıətrafı kəndlərdən birində dünyaya göz açdı. Atası Seyid Rza dövrünün böyük şəxsiyyətlərindən hesab olunurdu. Seyid Rza ruhani sinfinə mənsub bir şəxs idi. Hüseyn Badkubeyi yeniyetməlik dövründə İslam elmlərini öz atasından öyrənməyə başladı. Atası vəfat edəndən sonra isə təhsilini davam etdirmək üçün Tehrana yollandı. Tehranda "Sədr" mədrəsəində məskunlaşdı.
Yeddi il Tehranda yaşayan alim tanınmış filosof Mirza Haşim Əşkvəri və Əllamə Əliağa Zənuzi kimi böyük alimlərdən bəhrələndi. Hüseyn Badkubeyi erkən gənclik çağlarında İraqa yollanıb, Nəcəf şəhərində İslam elmlərini öyrənməyə başladı. O ilk öncə Məhəmməd Kazim Xorasaninin dərslərində iştirak etdi. Eyni zamanda Şeyx Məhəmməd Həsən Maməğanidən fiqh öyrənməyə başladı. Hüseyn Badkubeyi uzun illər elmi araşdırmalar apardıqdan sonra İslam dünyasında məşhur alimlərdən birinə çevrildi. O təqribən dörd kurs fiqh, üsul, irfan, fəlsəfə və kəlam elmlərini tədris etdi. Fəlsəfə tədrisində çox istedadlı olan bu alim böyük şöhrət qazandı. O, fəlsəfədə Sədrəddin Şirazinin "əl-Hikmət əl-Mütəaliyə" cərəyanının görkəmli nümayəndəsi olmuşdur. Bu səbəbdən onu Hikməti-Mütəaliyə fəlsəfi cərəyanının azərbaycanlı nümayəndəsi də adlandırmaq olar.[1]
Hüseyn Badkubeyi uzun illər tədris nəticəsində çoxsaylı şagirdlər tərbiyə etdi. Onun şagirdləri İslam dünyasının ən dəyərli alimləri hesab olunur. Seyid Əbülqasim Xoyi, Seyid Məhəmmədhüseyn Təbatəbai, Məhəmmədhəsən İlahi Qazi, Mürtaza Mərəşi Nəcəfi, Məhəmməd Badkubeyi, Məhəmmədtəqi Amoli və başqalarının adını çəkmək olar. Ayətullah Badkubeyinin gözəl əxlaqı hamıya nümunə idi. Təvazö, zöhd, təqva , sadəlik və başqa əxlaqi səciyyələr onun ruhunda özünə əbədi yer salmışdı. Əllamə Həsənzadə Amoli, Əllamə Təbatəbainin ustadları haqqında söz açanda belə demişdir: Seyid Hüseyn Badkubeyi öz rəftarlarına çox fikir verər, yalnız zəruri hallarda danışardı. Ayətullah Sübhani deyir: "Əllamə Təbatəbai Nəcəf şəhərində dövrünün böyük filosoflarından olan Hüseyn Badkubeyi ilə tanış olur. O, Əllamə Təbatəbaini fəlsəfə və ürfan həqiqəti ilə tanış edir.
Dörd oğul, bir qız atası olan böyük alim, tanınmış filosof uzun illər İslam elmlərini tədris etdikdən sonra hicri-qəməri 1358-ci ildə 65 yaşında fani dünya evini tərk etdi. O, Nəcəf şəhərində Həzrət Əlinin (ə) məzarı kənarında dəfn edilib.