Seyid Rza Sabir (1849, Salmas, Qərbi Azərbaycan ostanı – 1904, İrəvan) — XIX əsr Azərbaycan şairi.[1]
Seyid Rza Sabir | |
---|---|
Doğum tarixi | 1849 |
Doğum yeri | |
Vəfat tarixi | 1904 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Seyid Rza Sabir Vikimənbədə |
Sabir təxəllüsü ilə şeirlər yazmış Hacı Seyid Rza Əmirzadə 1849-cu ildə Salmas şəhərində anadan olmuşdur. Şair ilk təhsilini mədrəsədə almış, iyirmi yeddi yaşında İrəvana köçüb ömrünün axırına qədər orada yaşamışdır, Onun Şimali Azərbaycana gəlməsi Bakıda "Əkinçi" qəzetinin nəşri başladığı tarixə təsadüf edir.
Firidun bəy Köçərli Hacı Seyid Rzanın çox rəvan təbə malik, "xeylixaşsöhbət və zərif bir şair" olduğunu qeyd edir və göstərir ki, o, "Əkinçi" yə nəsr ilə yazılmış bəzi məktublar da göndərirmiş.
Hacı Seyyid Rza Əmirzadə 1904-cü ildə İrəvan şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur.[2]