Simin Behbəhani (fars. سیمین بهبهانی; 20 iyul 1927, Tehran – 19 avqust 2014, Tehran) – İranın görkəmli şairəsi və tanınmış feminist.
Simin Behbəhani | |
---|---|
fars. سیمین بهبهانی | |
Doğum adı | Siminbar Khalili[2] |
Doğum tarixi | 20 iyul 1927[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 2014[1] (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | 3 |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, söz yazıçısı[d], mahnı yazarı[d] |
Fəaliyyət illəri | 1941–2014 |
Əsərlərinin dili | fars dili |
Vikianbarda əlaqəli mediafayllar |
12 yaşında şeir yazmağa başlamış Behbəhani ilk dəfə şeirini 14 yaşında ikən nəşr etdirmişdir. Əvvəl Nima Yuşicin "çar parə" ədəbi tərzini işlədir, sonralar qəzəllərə keçmişdir. Şairənin teatr məsələlərini və müasir gündəlik hadisələri qəzəl formasında təqdim etməsi fars ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Simin Behbəhani bir arada İran Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. Nobel mükafatına ədəbiyyat üzrə 1999-cu və 2002-ci ildə namizəd seçilmişdir.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |