Simon Açıqgözyan (erm. Սիմոն Աչիկգյոզյան; 6 fevral 1939, Qalas – 30 aprel 1991, Qarabulaq, Dağlıq Qarabağ Respublikası) – Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməniəsilli hərbi komandir.[1][2] Azərbaycanda terrorçu, Ermənistanda milli qəhrəman hesab olunur. Xidmətlərinə görə Ermənistanda Qəhrəman medalı ilə təltif olunmuşdur.
Simon Açıqgözyan | |
---|---|
erm. Սիմոն Աչիկգյոզյան | |
Şəxsi məlumatlar | |
Ləqəbləri | Դեդ (Ded, "Baba") |
Doğum tarixi | |
Doğum yeri | Qalati, Rumıniya |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Qarabulaq, Azərbaycan SSR |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | erməni |
Xidmət illəri | 1989–1991 |
Döyüşlər |
Qarabağ müharibəsi Çaykənd əməliyyatı |
Açıqgözyan 1939-cu ilin 6 fevral tarixində Rumıniyanın Qalati şəhərində anadan olmuşdur. Valideynləri Hovannes və Siranuş əslən Osmanlı imperiyasından idi. 1946-cı ildə Açikgyozyan ailəsi Ermənistan Sovet Sosialist Respublikasına mühaciət edir. Simon 1960-cı ildə İrəvan Dövlət Universitetində mühəndis-geoloq ixtisası üzrə məzun olur. 1961–1990-cı illər ərzində Ermənistan Milli Elmlər Akademiyasının Geologiya institutunda işləmişdir. Ermənistanın mineral ehtiyatlı ilə bağlı bir necə əsərin müəllifidir.
1988-ci ildə Ermənistanda Qarabağ hərəkatı başlanan zaman Simon Açıqgözyan separatçı fəaliyyətə başlayır.[3] Qarabağda olan gərgin vəziyyət qısa zamanda Qarabağ müharibəsinə çevrilir.[4] 1989-cu ildə Simon XX əsrin əvvəllərində Cənubi Qafqaz və Türkiyənin şərqində törətdiyi qətliamlarla ad çıxaran Daşnaksütun partiyasına bağlı Arabo dəstəsinə qoşulur. 1990-cı ildə İrəvan şəhər şurasına seçilir. 1991-ci ilin əvvəllərində Qarabağda silahlı toqquşmaların şiddətlənməsi ilə müxtəlif erməni terrorçu qruplarında fəaliyyəti genişlənir.
1991-ci ilin 30 aprel tarixində OMON tərəfindən keçirilən və tarix ədəbiyyatlarında Çaykənd əməliyyatı kimi daxil olan döyüşlərdə Simon Açıqgözyan Tatul Krpeyan ilə birlikdə yaratdıqları dəstələrlə döyüşürlər. Rəsmi olaraq "pasport yoxlanılma əməliyyatı" adlanan əməliyyat, Sovet İttifaqının daxili və müdafiə nazirliklərinin əsas məqsədi erməni hərbi dəstələrinin "silahsızlaşdırması" idi.[5] Əməliyyatda Sovet Quru Qoşunları hərbi nəqliyyat vasitələri, artilleriya və vertolyotlarla müşayiət olunurdu və özünü erməni fədai sayan hərbçilərin məhv etməli idi.
Simon Açıqgözyan 1991-ci ilin 30 aprel tarixində indiki Göygöl rayonuna daxil olan Qarabulaq kəndində aparılan döyüşlərdə öldürülür. Açıqgözyan ölümündən 15 gün sonra Çaykənd əməliyyatı erməni silahlı terrorçularının məğlubiyyəti ilə başa çatır.[6][7]