Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tatul Krpeyan (erm. Թաթուլ Կրպեյան; 21 aprel 1965, Pirmələk, Talin rayonu – 30 aprel 1991, Çaykənd, Xanlar rayonu) — erməni döyüşçüsü.
Tatul Krpeyan | |
---|---|
erm. Թաթուլ Կրպեյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 aprel 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 1991 (26 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daşnaksutyun |
Qoşun növü | Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu |
Döyüşlər | |
Təltifləri |
Tatul Krpeyan 21 aprel 1965-ci ildə Ermənistan SSR-ində yerləşən Talin rayonunun Areq kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Talin rayon mərkəzində yerləşən məktəbdə alan Tatul orta məktəbi bitirdikdən sonra mexanika texnikumuna daxil olur. SSRİ ordusunda hərbi xidməti bitirdikdən sonra İrəvan Dövlət Universitetinin tarix faklütəsinə daxil olur. Tələbəlik illərində Erməni Azadlıq Hərəkatına qatılır. Yuxarı kurslarda təhsil aldığı müddət ərzində Miatsum hərəkatının liderlərindən birinə çevrilir.
Tatul 1990-cı ilin senytabr ayında vəziyyətin gərgin olduğu Dağlıq Qarabağa gəlir. Burada Miatsum hərəkatı əsnasında yerli azərbaycanlılara qarşı silahlı mübarizə aparmaq barədə qərar qəbul edir. Çaykənd ərazisində silahdaşları ilə birlikdə Daşnaktsakanner adlı silahlı dəstə yaradır. Tatul və tərəfdarlarının əsas məqsədi Çaykənd-Qarabulaq yolunu zəbt etmək idi. Tatulun planı baş tutumur, OMON birliklərinin hücumlarından sonra, erməni silahlılarının gücü tükənir. 30 aprel 1991-ci il tarixində Tatul Krpeyan Çaykənd əməliyyatı əsnasında Sovet Ordusu əsgərləri tərəfindən öldürülür. Ölümündən sonra Tatul Krpeyan Ermənistan Milli Qəhrəmanı elan edilmişdir.