Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid.
Sirac Abışov | |
---|---|
Sirac Abış oğlu Abışov | |
Doğum tarixi | 29 avqust 1989-cu il |
Doğum yeri | Azərbaycan SSR, Qubadlı şəhəri |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Susuzluq, Kəlbəcər rayonu, Azərbaycan |
Vəfat səbəbi | Mina partlaması |
Dəfn yeri | Sumqayıt şəhər Şəhidlər xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Jurnalistika |
Fəaliyyəti | Jurnalist |
Mükafatları |
29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur.[1] Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. [2].
4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.[3]
“Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb.[4]