Bu məqalə Qubadlı haqqındadır. Rayon üçün Qubadlı rayonu səhifəsinə baxın. |
Qubadlı — Azərbaycanın Qubadlı rayonunun inzibati mərkəzi, Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər.[1]
800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki
sahilində yerləşir. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə
məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
Şəhər | |
Qubadlı | |
---|---|
39°20′38″ şm. e. 46°34′47″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 477 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 3900 |
Vikianbarda əlaqəli mediafayllar |
"Qubadlı" eyni adlı türk tayfasının adıdır. Həmin tayfa hazırda İranda yaşamaqdadır.[2]
Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir.
Qubadlı Rusiya imperiyası dövründə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur.[3] Sovet dövründə Qubadlı əvvəlcə Azərbaycan SSR-in Zəngilan rayonunun bir hissəsi idi, sonra isə Qubadlı rayonu yaradılmış və onun inzibati mərkəzi təyin edilmişdir. Şəhər 1923-cü ildən 1930-cu ilə qədər Kürdüstan qəzasının tərkibində olmuşdur. 1933-cü ildə Qubadlı Zəngilan rayonunun eyniadlı kənd sovetinin tərkibində olmuşdu.[4]
Qubadlıya 1962-ci ildə şəhər tipli qəsəbə,[5] 24 iyul 1990-cı ildə şəhər statusu verilmişdir.[6] Burada asfalt zavodu, quşçuluq fabriki, daş karxanası, üç məktəb, iki xalq kitabxanası, mədəniyyət evi, kinoteatr və xəstəxana yerləşirdi.[5] Qubadlı şəhəri Birinci Qarabağ müharibəsi zamanı, 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş, oranın azərbaycanlı əhalisi məcburi köçkün olmuşdur.[6] Azərbaycan şəhəri İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə azad etmişdir.[7]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Qubadlıda hamısı tatar (sonradan azərbaycanlı) olmaqla 326 nəfər yaşayırdı.[3] Hər halda, XIX əsrin ikinci yarısında Qacar hakimiyyətinin təqibindən qaçmış və burada yaşayan qohumlarına sığınan kürdlər Qubadlıya axın etmişdir.[8] 1912-ci il "Qafqaz təqvimi"nə görə, Qubadlı əhaliis 672 nəfər idi və bunların əksəriyyəti tatar idi.[9] 1933-cü ildə Qubadlı Zəngilan rayonunun eyniadlı kənd sovetinin tərkibində idi; Gödəklər, Mahmudlu və Qayalı kəndlərinin daxil olduğu kənd sovetinin əhalisinin 97,1 faizini azərbaycanlılar təşkil edirdi.[4] 1989-cu il SSRİ siyahıyaalınmasına görə şəhərin əhalisi 5,508 nəfər idi.[10]