Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik.[1] Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər.[1][2] Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər.[1][3] Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.[2]
Sinqa | |
---|---|
XBT-10 | E54 |
XBT-10-KM | E54 |
XBT-9 | 267 |
OMIM | 240400 |
DiseasesDB | 13930 |
MedlinePlus | 000355 |
MeSH | D012614 |
Vikianbarda əlaqəli mediafayllar |
Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır.[1][2] Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir.[2] Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir.[2] Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur.[2] Kollagenin formalaşması üçün C vitamini tələb olunur.[2] Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır. [2]
Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir.[1] Tam müalicə üçün bir neçə gündən bir neçə həftəyə qədər uzanan bir müddət lazım olur. Qidalanmada qəbul ediləcək C vitamini mənbələri sitrus meyvələri və pomidor və kartof kimi bir sıra tərəvəzləri ola bilər. Bu mənbələrin pişirilməsi tərkibindəki C vitaminini azaldır. [2]
Sinqa müasir dövrdə çox nadir hallarda müşahidə edilir. Bu, əsasən, inkişaf etməkdə olan ölkələrdə düzgün qidalanmama ilə əlaqəli olur.[2] Qaçqınlar arasında xəstəliyin görünmə faizləri 5 ilə 45 arasında dəyişir.[4] Xəstəlik Qədim Misirdə bilinirdi. Bu, uzun məsafəli dəniz səyahətini məhdudlaşdıran və çox vaxt çox sayda insanın ölümünə səbəb olan bir faktor idi.[5] Təxmini rəqəmə görə 1571–1862-ci illəri əhatə edən dəniz sayəhətlərində dənizçilərin 50%-i sinqa xəstəliyindən dünyasını dəyişirdi.[6] Krallıq donanmasındakı şotland cərrahı Ceyms Lind 1753-cü ildə sinqa xəstəliyinin sitrus meyvəsi ilə uğurla müalicə oluna biləcəyini sübut etmişdi.[7] Buna baxmayaraq, Cilber Bleyn kimi səhiyyə islahatçıları Krallıq donanmasını dənizçilərinə müntəzəm olaraq limon suyu verməyə inandırması üçün 1795-ci ilə qədər gözləməli oldu.[6][7]