Sofinin dünyası (kitab)

Sofinin dünyası (Norveçcə: Sofies verden) 1991-ci ildə Norveç yazıçısı Yusteyn Qorder tərəfindən yazılmış roman. Roman Norveçdə yaşayan Sofi Amundsen adlı yeniyetmə qız və onu fəlsəfə tarixi ilə tanış edən Alberto Knoks adlı ortayaşlı filosofdan bəhs edir.

Sofinin dünyası
Sofies verden
Müəllif Yusteyn Qorder
Janr Fəlsəfi roman
Orijinalın dili Norveç dili
Ölkə
Orijinalın nəşr ili 1991
Tərcüməçi Nərmin Kamal
Nəşriyyat Qanun nəşriyyatı
Nəşr 2011
Səhifə 560 səh.
ISBN ISBN 978-9952-26-147-9

Sofinin dünyası orijinalda norveç dilində yazılmış və bestsellerə çevrilmişdir. Roman sonralar 53 dilə tərcümə olunmuş və 3 milyondan çox tirajla çap edilmişdir. Roman yazıçı Nərmin Kamal tərəfindən Azərbaycan dilinə də tərcümə edilmişdir. Bu, ölkədən kənarda böyük uğur qazanmış Norveç romanlarından biridir. Roman əsasında film çəkilmiş və kompüter oyunu yaradılmışdır.

Sofi Amundsen 1990-cı ildə Norveçdə yaşayan 14 yaşlı qızdır. O, anası və Şerekan adlı pişiyi, bundan başqa, balıq, tısbağa və iki tutuquşusu ilə birlikdə yaşayır. Onun atası neft tankerində kapitan işləyir və ilin çox hissəsini evindən uzaqda olur. Əsər Sofinin öz poçt qutusundan Hilde Moller Knaqa göndərilmiş iki anonim məktub tapması ilə başlayır. Birinci sual: "Sən kimsən?", ikinci sual isə "Dünya necə yaranıb?" idi. Tezliklə o, bir yığın məktub alır və beləcə fəlsəfə kursuna başlayır. Bu sirli ünsiyyətlə Sofi 50 yaşlı filosof Alberto Knoksun tələbəsi olur. Başlanğıcda o, Sofi üçün tamamilə gizli qalır, lakin sonralar özünü aşkarlamağa başlayır. Məktublar və bağlama ondan göndərilir, lakin məktuba poçt markası vurulmur. Bunlar Birləşmiş Millətlərin Livanda yerləşən sülhməramlı ordusunun mayoru Alberto Knaq adlı birisi tərəfindən göndərilir. Alberto ona fəlsəfə tarixini öyrədir. O, fəlsəfə haqda Sokrataqədərki filosoflardan Jan Pol Sartra qədər substantiv və anlaşılan məlumatlar alır. Fəlsəfə dərsləri boyunca Sofi və Alberto, ilahi güc kimi görünən Alberto Knaqın sirrini çözməyə çalışırlar. Sofi qədim kilsədə rahib paltarı geyinmiş Albertonun mühazirələrindən orta əsr fəlsəfəsini, Fransız kafesində isə Sartr və Simona de Bovuarı öyrənir. Müxtəlif fəlsəfi suallar və səbəb metodları Sofinin qarşısına qoyulur və o, şəxsən özü onların öhdəsindən gəlməyə çalışır. Knoks fəlsəfi məktublarından əvvəl "Niyə leqo konstruktoru dünyanın ən ağıllı oyuncağı hesab edilir?" kimi sualları göndərir. Alberto Sofini Ellinizm sivilizasiyasından Xristianlığın yüksəlişinə aparır və onun orta əsrlərdəki Yunan düşüncəsi ilə qarşılıqlı əlaqəsini göstərir. Kursun sonlarına yaxın o, Renessans, Barokko, MaarifçilikRomantizm dövrlərindən və filosoflarından danışır.

Fəlsəfə ilə qarışıq yeniyetmə romanı da - Sofinin anası və rəfiqəsi Coanna ilə münasibətləri - məzmunun bir hissəsidir. Bu, əsas süjet xətti deyil, lakin hadisələrin inkişafına xidmət edir. Corc Berkli ilə tanışlıqdan sonra romanın gələcək inkişafı sirli Hildeyə dəyişilir. Sofi və Albertonun dünyası Albert Knaqın qızı Hildenin 15-ci doğum gününə hədiyyə kimi yazdığı ədəbi əsər aşkar edildikdən sonra üzə çıxır.

Roman Hildenin hekayəsi ilə davam edir. Hekayələr Hilde və Sofinin fəlsəfi düşüncələrinin böyüməsi ilə bir-birinə qarışır. Alber Knaq Sofinin həyatına müdaxilə etməyə davam edir, Alberto ona fəlsəfə haqda öyrətdiklərini tətbiq etməyə kömək edir. O, izah edir ki, bu öz dünyasını dərk etmək üçün yeganə yoldur. Bu arada Albertonun dərsləri Hildeyə Sofinin dünyasını anlamaqda kömək etdi. Bu, Sofinin güzgüdə hər iki gözünü qırpmasını görməsi, yaxud həqiqətən də, Sokrat və Platonu görməsi kimi elmi mümkünsüzlüklərlə bağlantıdır. Hildenin atası tərəfindən yazılmış kitabı Sofi və Albertonun yoxa çıxması ilə başa çatır.

  • Sofi Amundsen - 15 yaşlı qız
  • Alberto Knoks - Sofinin fəlsəfə müəllimi
  • Elena Amundsen - Sofinin anası
  • Coanna - Sofinin sinif yoldaşı
  • Hilde Moller Knaq - Alberto Knaqın qızı
  • Alberto Knaq - Birləşmiş Millətlər ordusunda mayor