Sofiya Veyverite

Sofiya Veyverite (lit. Sofija Veiverytė; 13 aprel 1926, Kaunas rayonu[d]23 iyul 2009, Vilnüs) — Litva və sovet rəssamı, rəssamlıq professoru. Litva SSR əməkdar artisti (1974), Litva SSR xalq artisti (1976), SSRİ Dövlət Mükafatı laureatı (1981), iki dəfə Litva SSR Dövlət Mükafatı laureatı (1973 və 1974), Estoniya Ağ Ulduz ordeni sahibi.[1]

Sofiya Veyverite
lit. Sofija Veiverytė
Doğum tarixi 13 aprel 1926(1926-04-13)
Doğum yeri
Vəfat tarixi 23 iyul 2009(2009-07-23) (83 yaşında)
Vəfat yeri
Vətəndaşlığı  Litva
SSRİ SSRİ
 Litva
Fəaliyyəti incəsənət xadimi, rəssam, qrafikaçı, pedaqoq
Təhsili Vilnüs İncəsənət Akademiyası
Janr portret
Mükafatları SSRİ Dövlət mükafatı "Xalqlar dostluğu" ordeni

Sofiya Veyverite 13 oktyabr 1926-cı ildə Vilnüs qəzasının Kaunas şəhəri yaxınlığında Nauyatriobuay kəndində anadan olub. İlk yaşlarından rəngkarlığa maraq göstərib. Veyverite Kaunas gimnaziyasında təhsil alıb. Ardınca o, Kaunas Dekorativ və Tətbiqi İncəsənət İnstitutunu bitirib. Burada Stasys Usinskasın rəhbərliyi altında monumental rəssamlıq təhsili alıb. Sofiya Veyverite 1957-ci ildə Litva SSR Rəssamlar İttifaqına üzv qəbul olunub.[2]

1948-ci ildə, hələ təhsilini bitirməmiş onu Kaunas İncəsənət İnstitutuna rəssamlıqdan dərs deməyə dəvət ediblər. Sofiya Veyveriteni 1952-ci ildən başlayaraq Vilnüs Dövlət İncəsənət İnstitutunda rəsm fənnindən dərs deməyə başlayıb. O, sonradan İnstitutun bədii toxuculuq kafedrasına rəhbərlik edib. 1968-ci ildən isə freskalarmozaika kursunu aparmağa başlayıb. O, Litvada gənc freska rəssamlığı məktəbinin formalaşmasına mühüm töhfə verib. Sofiya Veyveritenin monumental rəngkarlıq kafedrasında tədris işi süjetin epik miqyası, monumentallığı və rəngkarlıq texnikasının lakonikliyi ilə həmişə diqqəti cəlb edən iri həcmli rəsmlərin müəllifi olaraq rəssamın daxili inkişafında təbii mərhələ olmuşdur.[3]

Sofiya Veyverite 1978-ci ildən rəssam dəzgah rəssamlığı ilə məşğuldur. Veyverite 1966-cı ildən Vilnüs Dövlət İncəsənət İnstitutunun dosenti, 1982-ci ildən isə professoru olub.[2]

Sofiya Veyverite 23 fevral 2009-cu ildə Vilnüs şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Sofiya Veyverite peşəkar freska ustası olub. O, monumental, ifadəli, irimiqyaslı, çoxfunksiyalı dizayn, tonların və yarımtonların incə birləşmələrinin müəllifidir. Veyveritenin çəkdiyi əsərlərində köhnə ustaların (XVI-XVII əsrlər) təsirini əks etdirən portret rəssamı, intibah dövrübarokko portretinin stilizasiyasını ətraflı şəkildə görmək olar.[2] Müasir Litva portret janrına Veyveritenin verdiyi töhfə “Aqustinas Savickas portreti” (1968) kimi əsərlə səciyyələnir. Onun həlli köhnə ustaların (XVI-XVII əsrlər) rəngkarlıq texnikası ilə səsləşir (XVI-XVII əsrlər). Portretdə təsvirin formaları cəsarətlə şişirdilmiş, demək olar ki, qrotesklə həmsərhəddir, kəskin vurğulanmış, alındakı böyük qırışlar, nəhəng qabarıq gözlər, onların ağır və vahiməli baxışları nəzərə çarpır. Bütün bunlar rəssam şəxsiyyətinin - böyük ehtiraslı və düşüncəli bir insanın parlaq, güclü obrazının yaradılması məqsədinə xidmət edir. Bu şəkilli tərzdə olan polemik pafos istənilən simasızlığa, bayağılığa, sönüklüyə qarşı yönəlib. Dövrün məşhur xadimlərinin, tarixi şəxsiyyətlərin, adi insanların, uşaqların gözəl assosiativ portretləri də onun yaradıcılığının mühüm hissəsidir. O, cümlədən onun yaradıcılığında xüsusi yer tutan yaratdığı natürmortlar. Onun natürtmortları mütəxəssislər tərəfindən adi cisimlərin formalarından axan platin gölləri kimi səciyyələnir. Sanki öz dövrünü qabaqlayan görkəmli rəssam Sofiya Veyveritenin əsərləri buna görə hazırda muzey və şəxsi kolleksiyaçılar tərəfindən böyük istəklə əldə edilir.[2]

Onun bir sıra əsərləri Tretyakov qalereyasındaA.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyində, Sofiya Milli Qalereyasında (Bolqarıstan), Litva Teatr, Musiqi və Kino Muzeyində və Litvanın digər muzeylərində, şəxsi kolleksiyalarında saxlanılır.[4]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • İstirahət" (1965).
  • "Polad" (1969).
  • "Aqustinas Savikasın portreti" (1968).
  • "Cərrahlarımız" (1974).
  • "Bir qızın portreti" (1990).[2]
  • 1971 - Moskvada Ümumittifaq İncəsənət Sərgisində mükafat.
  • 1972 - Baltik Biennalesində birinci mükafat.
  • 1973 - Litva SSR Dövlət Mükafatı.
  • 1974 - Litva SSR əməkdar artisti.
  • 1974 - Litva SSR Dövlət Mükafatı.
  • 1976 - Litva SSR xalq artisti.
  • 1981 - SSRİ Dövlət mükafatı.
  • 1981 - “Gənc ailə” tablosuna görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı.
  • 1981 - Baltikyanı ilk üç illik mükafat.
  • 1984 - Yuqoslaviya Beynəlxalq Kitab Biennalesi (Tuzla).
  • 1986 - "Xalqlar dostluğu" ordeni.
  • 1996 - Litva Böyük Hersoq Gediminas ordeninin cəngavər xaçı.
  • 2004 - 5-ci dərəcəli Ağ Ulduz ordeni (Estoniya).
  • 2006 - Rəsm müsabiqəsində 1-ci mükafat.
  • 2006 - P.Aleksandravicius mükafatı.
  • 2009 — Litva Respublikası Hökumətinin mədəniyyət sahəsində mükafatı.
  1. "Bearers of decorations: Sofija Veiverytė". president.ee. 14 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2011.
  2. 1 2 3 4 5 6 "Литовская художница София Вейверите". 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  3. "Фрески молодых". 2017-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-17.
  4. [1] Arxivləşdirilib 2008-03-23 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]