Solmaz Qaragen qızı Orlinskaya (əsl adı və qızlıq soyadı: Nina Qareginovna Basmaçyan; 12 (25) sentyabr 1906, Yelizavetpol – 17 iyun 1973, Kirovabad) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1955).
Solmaz Orlinskaya | |
---|---|
Digər adı | Nona Orlinskaya |
Doğum adı | Nina Basmaçyan |
Doğum tarixi | |
Doğum yeri | Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası → AXC → SSRİ |
Fəaliyyəti | teatr aktrisası |
Fəaliyyət illəri | 1921–1973 |
Teatr |
Tiflis Dövlət Azərbaycan Dram Teatrı (1924–1933); Gəncə Dövlət Dram Teatrı (1933–1973) |
Mükafatları |
|
Solmaz Orlinskaya 12 (25) sentyabr 1906-cı il sentyabrın 25-də Yelizavetpolda (hazırkı Gəncə) dünyaya gəlib. Əsl adı Nina olan aktrisasın qızlıq soyadı Basmaçyan olub.[1] Aktrisanın atası milliyyətcə yunan olub. Onun adı bəzi proqramlarda "Nona" kimi də yazılıb. Cəfər Cabbarlının "Od gəlini" qəhrəmanlıq dramında Solmaz rolununun ifasında fərqləndiyinə görə özünə bu adı səhnə təxəllüsü olaraq götürüb. Aktrisa beş sinif təhsil alıb.[2]
İlk dəfə səhnəyə 15 yaşında Gəncə Dəmiryolçular klubunun dram dərnəyində çıxan aktrisa burada, Qadınlar klubunda, 1924-cü ildə Şamaxı şəhər dram dərnəyində müxtəlif rollar oynayıb. 1924–1933-cü illərdə M. F. Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında işləyib. 1933-cü ildə Gəncə Dövlət Dram Teatrının truppasına daxil olub və ömrünün sonuna kimi burada yaradıcılıq fəaliyyəti göstərib.[2]
Solmaz Orlinskaya 1941-ci ildən Sov. İKP üzvü olub. O, 17 iyun 1973-cü ildə Kirovabadda vəfat edib.[3]