Son gecə — bəstəkar Cavanşir Quliyevin mahnısı.
Son gecə | |||||||
---|---|---|---|---|---|---|---|
İfaçı | Aygün Kazımova | ||||||
Albom | Ah...! | ||||||
Yayımlanıb | 16 may 1995 | ||||||
Yazılma tarixi | 1995 | ||||||
Janr | Pop | ||||||
Dil | Azərbaycanca | ||||||
Müddət | 6:05 | ||||||
Bəstəkar | Cavanşir Quliyev | ||||||
Sözlərin müəllifi | Piruz Dilənçi | ||||||
"Ah...!" albomunun xronologiyası | |||||||
|
|||||||
|
Mahnının bəstəkarı, aranjimanı, səs yazılışı və masterinqi Cavanşir Quliyevə aiddir. Mahnının sözləri şair Piruz Dilənçinin "Son görüş" adlı şeiridir.[1] Mahnının ilk ifaçısı Xalq Artisti Aygün Kazımovadır. Aygün Kazımova mahnını 1995-ci ilin may ayının 16-da təqdim etmişdir. Mahnıya çəkilmiş klip Azərbaycan Dövlət Televiziyası Ədəbi Dram Verilişləri Baş Redaksiyasına məxsusdur. Klip 16 may 1995-ci il tarixində Azərbaycan Dövlət Televiziyası tərəfindən şair Piruz Dilənçinin doğum günü münasibətilə hazırlanmış “Nəğməli sətirlər” adlı bədii veriliş üçün çəkilmişdir. Mahnıya klip Nargin Adasında çəkilmişdir. Mahnıya klip iki versiyada təqdim edilmişdir. Kliplərin birində şair Piruz Dilənçi rol almışdır. Aygün Kazımova mahnını 2002-ci ildə bəstəkar Cavanşir Quliyev ilə duet şəklində ifa etmişdir.
Günortadan sonra, təyin etdiyimuz saatda görüş yerimizə getdim. Saniyələri sayaraq, ürəyim döyünə-döyünə orada Nigarı gözlədim. Bir dəqiqə, bir saat, beş saat, gecə oldu, Nigar gəlmədi. İndiki kimi də mobil telefon yox idi. Gecə yarısına qədər Nigarı gözlədim, gəlmədi.
Hər gün eyni saatda oraya gedib, axşama qədər gözləyirdim. Mütləq gələcək diyə düşünürdüm. Gəlmədi. Günlər, həftələr, aylar keçdi, Nigar gəlmədi... Bütün həyatım, ruhum və mənəviyyatım dəyişildi. Ömründə içki içməyən adam, hər gün içməyə başladım. Körpə uşaqlar kimi hər gün ağlayırdım. Hər gün ona bir şer yazırdım, sonra da yırtıb atırdım. Sözü gedən bu şeir, gizlənib kağızlarımın arasında qalmışdı. Bir yay gönorta sonrası Cavanşir Quliyevin Bakıdakı evində oturmuşduq, ikilikdə dərdləşirdik. Cavanşir də yenicə ailəsindən ayrılmışdı. Üzünə gətirməsə də, çox dərdli idi... Söhbət əsnasında dedi "qardaş nəyin var? Bir iki şer ver bəstələyim". Dedim nə bilim vallah. Al, bu dəftərin arasındakılar son zamanlar yazdığım şeirlərimdir. Cavanşir alıb, vərəqləyib, dodaqaltı bəzilərini oxuyurdu. Birdən duruxub, bir şeiri ucadan oxumağa başladı. "Əla, tapdım-dedi!" Bir də baxdım ki, bu şeirdir. Kağızı mənə sarı uzatdı, "al özün bir oxu dinləyək" dedi. Oxudum, amma nə oxumaq. Dəlilər kimi ağlayıb, gözyaşı tökə-tökə oxudum... Nə isə... Az bir müddət sonra Cavanşir müəllim zəng edib, dedi gəl mahnını bəstələmişəm. Sabahısı gün gedib, evdə Cavanşirin öz ifasında mahnını dinlədik.
Bu da mahnının qəribə taleyi."şair Piruz Dilənçinin "Son görüş" adlı şeirinin hekayəsi.
2001-ci ildə Piruz Dilənçinin "Son görüş" adlı şeirini, bəstəkar Eldar Mansurovun bəstələyir və Xalq artisti İlqar Muradov "Son görüş" adı ilə ifa edərək, dinləyicilərə təqdim etmişdir.