Son istifadəçi – hazırlanmış məhsulu istifadə edən və ya istifadə etməsi gözlənilən şəxs.[1][2][3][4] Son istifadəçi adminlər, sistem administratorları, verilənlər bazası administratorları,[5] informasiya texnologiyaları (İT) mütəxəssisləri, proqram təminatı mütəxəssisləri və kompüter texnikləri kimi məhsulu idarə edən istifadəçilərdən fərqlidir.[6] Son istifadəçilər ümumiyyətlə tərtibatçıların sahib olduğu texniki biliyə və ya məhsul tərtib etmə bacarıqlarına sahib deyil.[7] Bu daha sonra müştəri məmnuniyyətinin azalmasına səbəb olur.[3] İT sahəsində son istifadəçilər "müştəri" demək deyil, müştərinin işçiləri deməkdir. Məsələn, böyük bir pərakəndə şirkət işçilərinin istifadə etməsi üçün hansısa proqram paketini alırsa həmin şirkət paketi alan "müştəri" olsa da, son istifadəçilər proqramı istifadə edəcək şirkət işçiləridir.[8]
Bəzi Amerika məhsulları və müdafiə ilə əlaqəli məlumatlar ITAR və EAR-a uyğun olaraq ABŞ hökumətindən ixrac icazəsi tələb edir.[9] İxrac lisenziyasını əldə etmək üçün ixracatçı son istifadəçi sertifikatını almaq üçün həm son istifadəçini, həm də son istifadəni göstərməlidir.[10] EULA-da son istifadəçi proqramı quraşdıran VAR-dan (ing. value-added reseller) və ya proqramı satın alan və idarə edən təşkilatdan fərqlənir.[11] İngiltərədə son istifadəçi öhdəlikləri (EUU) bəyannamələrində göstərilən məhsul lisenziyalarını müşayiət edən sənədlər mövcuddur.
the person ultimately intended to use a product
The person who uses a computer application, as opposed to those who developed or it.
The term “end-user”, with respect to a good, service, or technology, means the person that receives and ultimately uses the good, service, or technology.
The end users are persons who perform the application functions. End users include "parametric " and generalized function users, but they are not system support personnel.
One of the most important features of a DBMS is that relatively inexperienced users, called end users, are empowered to retrieve information from the database. The user poses a query at the terminal keyboard, requesting the database system to display the answer on a terminal screen or on a printed sheet.
A party that ultimately uses a delivered product or that receives the benefit of a delivered service. (See also "customer".) End users may or may not also be customers (who can establish and accept agreements or authorize payments).