Sovetabad (Neftçala)

Həsənabad (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Neftçala rayonunun Sovetabad qəsəbəsi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Həsənabad adlandırılmışdır. 26 Bakı komissarı qəsəbə Sovetinin mərkəzi şəhər tipli Həsənabad qəsəbəsinə keçirilmişdir.[2]

Həsənabad
39°18′51″ şm. e. 49°12′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.420 nəf. (2010)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 4717[1]
Xəritəni göstər/gizlə
Həsənabad xəritədə
Həsənabad
Həsənabad

Qəsəbə Sovet hakimiyyəti illərində Sovetabad adlandırılmışdı. 1992-ci ildə Sovetabad qəsəbəsinə 26 Bakı komissarları qəsəbəsi də birləşdirilərək Həsənabad kimi rəsmiləşdirilmişdir. Oykonim Həsən və abad (kənd) komponentlərindən düzəlib, "Həsənə məxsus kənd" deməkdir.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qəsəbə Kür çayı sahilində, Salyan düzündə yerləşir.

Dövlət statistika komitəsinə göstəricilərinə əsasan 2008-ci ildə Həsənabad qəsəbə əhalisinin sayı 4.3 min nəfər olmuşdur.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Ş. Orucov adına Həsənabad qəsəbə orta məktəbi
  • T. İsmayılov adına Mirqurbanlı kənd orta məktəbi
  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
  3. Həsənabad (Neftçala) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.