Camal İsmayılov

Camal Vidadi oğlu İsmayılov (7 iyul 1984, Həsənabad, Neftçala rayonu21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin qrup komandiri və baş giziri, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Camal İsmayılov
Şəxsi məlumatlar
Ləqəbi Hadrut Fatehi
Doğum tarixi 7 iyul 1984(1984-07-07)
Doğum yeri
Vəfat tarixi 21 oktyabr 2020(2020-10-21) (36 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı Fatimə İsmayılova
Uşaqları Əsmət, Əsnad və Alparslan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2002-ci ildən
Rütbəsi Baş gizir
Döyüşlər Aprel döyüşləri (2016)
İkinci Qarabağ müharibəsi (2020)
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qələbə Günü münasibətilə hərbi paradda iştiraka görə" medalı (Rusiya)

2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonuQubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağıHadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Hadrutun azad edilməsi zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulmuşdur və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin etmişdir.

Camal İsmayılovun da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrdən olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Camal İsmayılov və dəstənin bir neçə üzvü həlak olmuşdur.

Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur.[1][2] Onun ailədə bir bacısı və bir qardaşı olmuşdur.[3] 1986-cı ildə — Camal İsmayılovun 2 yaşı olanda İsmayılovlar ailəsi Neftçala rayonundan Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərində yaşamağa başlamışdılar.[3]

Camal İsmayılov 1990-cı ildə İqarka şəhərində V. P. Astafyev adına 1 nömrəli orta ümumtəhsil məktəbinin birinci sinfinə qəbul olmuşdur və birinci sinfi orada bitirmişdir.[3] 1991-ci ildə İsmayılovlar ailəsi doğma Neftçala rayonuna qayıdırlar və Camal İsmayılov təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbdə davam elədi.[3] 2001-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır.[3] Azərbaycan, ruserməni dillərində sərbəst danışırdı.[4]

Camal İsmayılov 2008-ci ildə Fatimə İsmayılova ilə ailə həyatı qurdu.[5] 2009-cu il təvəllüdlü Əsmət və 2011-ci il təvəllüdlü Əsnad adında qızları olan Camal İsmayılov, hərbi əməliyyatlara yollanmazdan əvvəl oğlunun olacağını öyrənir və övladına Alparslan adını verəcəyini demişdir.[6] 2021-ci il fevralın 12-də onun oğlu dünyaya gəlmişdir və övladına atasının arzusuna uyğun olaraq Alparslan adı verilmişdir.[7]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Camal İsmayılov 2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır.[8] O, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edən zaman hərbi hissə rəhbərliyinin diqqətini cəlb elədiyinə görə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam eləməsi barədə qərar verilmişdir.

Camal İsmayılov 2015-ci il martın 2-dən aprelin 2-nə qədər Konya şəhərinin 3-cü Ana Jet Üs Komutanlığında baş tutan "TURAZ Şahini — 2015" hərbi təlimlərinə qatılmışdır və buna görə diplomla təltif edilmişdir.

Camal İsmayılov 2015-ci il mayın 9-da Faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Rusiyanın Qızıl meydanında baş tutan parad zamanı mayor Mehdi Mahmudovun rəhbərliyi altında 70 nəfərdən ibarət olan Azərbaycan Silahlı Qüvvələrinin qrupunun heyətində idi.

Daha sonra isə o, 2015-ci il sentyabrın 28-dən oktyabrın 16-na qədər Gürcüstanda baş tutan dağçılıq üzrə hərbi təlimlərə qatılmışdır və buna görə diplomla təltif edilmişdir.

2019-cu ilin 6–24 mayında 5 dövlətin qatıldığı və Kayseri şəhəri yaxınlığında yerləşən Ərciyəs dağında baş tutan "ERCİYES — 2019" hərbi təlimlərinə qatılmışdır, buna görə də diplomlarla təltif edilmişdir.

2020-ci ilin İkinci Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[9] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[10]

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Camal İsmayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Sentyabrın 27-də səhər döyüşlərində AzərbaycanErmənistan bölmələri arasında mövcud olan təmas xətti yarılmışdır və döyüşlərin birinci saatları ərzində Füzuli rayonunun beş yaşayış məntəqəsi — Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, QaraxanbəyliQərvənd işğaldan azad edilmişdir.[11] Camal İsmayılovun mənsub olduğu tabor üç gün ərzində Füzuli rayonu istiqamətində bir sıra əlverişli mövqeləri işğaldan azad eləmişdir. Sentyabrın 29-da Tabor Komandiri Kamil Şirinov həlak olmuşdur.

AzərbaycanErmənistan bölmələri arasında mövcud olan təmas xətti yarıldıqdan sonra Camal İsmayılov və silahdaşları Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi — Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərəkən, Daşkəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, ŞükürbəyliYuxarı Maralyan işğaldan azad edilmişdir.[12][13]

Cəbrayıl şəhəri və rayonun şərq hissəsi işğaldan azad olunduqdan sonra Xüsusi Təyinatlı Qüvvələr Füzuli istiqamətində döyüşlərə daxil olmuşdur. Müharibənin birinci saatlarında işğaldan azad olunan və strateji əhəmiyyətə sahib olan Yuxarı Əbdürrəhmanlının Azərbaycan Ordusunun nəzarəti altında olması, Füzuli şəhərinə hücumu şərtləndirən amillərdən biri idi. Amma Ermənistan Ordusunun Füzuli şəhərində qurduğu müdafiə xəttindən dolayı Azərbaycan Ordusu Füzuli şəhərinə Xocavənd rayonu ərazisindən daxil olmağı qərara almışdır.[14] 10 gündən çox Xocavənd rayonu ərazisində davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir.[15] Xüsusi Təyinatlı Qüvvələrin Qrup Komandiri Camal İsmayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərmişdilər. Bunlar sırasında baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyevdən ibarət olan qrupu Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunun pusquya salınması da daxildir.

Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra bölmələr Füzuli şəhəri istiqamətinə irəliləməzdən əvvəl strateji önəmə sahib olan, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin arasında olan Ərgünəş dağı nəzarətə alınmalı idi. Xüsusi Təyinatlı Qüvvələr və digər bölmələr tərəfindən Ərgünəş dağı uğrunda bir neçə gün davam edən döyüşlərin nəticəsində əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Ərgünəş dağı işğaldan azad olunmuşdur. Bundan sonra ayın 14-dən 16-na qədər üç gün ərzində Bulutan, EdilliXırmancıq işğaldan azad olunmuşdur. Füzuli rayonu istiqamətində də ciddi irəlləyiş əldə olunmuşdur. Əvvəlcə Füzuli rayonunun qərb hissəsində yerləşən Qaradağlı, QaraqolluXatınbulaq, bir gün sonra (15 oktyabr 2020) isə Arış işğaldan azad edilmişdir.[16][17]

Bununla da Azərbaycan Ordusu strateji nöqteyi nəzərdən ciddi üstünlüyə sahib olmuşdur, həm Xocavənd rayonunun şərq hissəsindən, həm də Füzuli rayonunun qərb hissəsindən Füzuli şəhəri nəzarət altına alınmışdır və Füzuli əməliyyatının əsas hissəsi başlanmışdır. 2 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər olmuşdur.[14] 2-ci Ordu Korpusunun, Xüsusi Təyinatlı QüvvələrinDaxili Qoşunların da qatıldığı döyüşlərin nəticəsində Azərbaycan Ordusu tərəfindən qısa müddət ərzində Cuvarlı, Çimən, Dədəli, İşıqlı, Musabəyli, PirəhmədliQoçəhmədli işğaldan azad edilmişdir.[14][18] Nəticədə bütün istiqamətlərdən nəzarəti tam ələ alan Azərbaycan Ordusu Füzuli şəhərinə daxil olmağa nail olmuşdur.[14][18] Ayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinin 27 il davam edən işğaldan azad olunduğunu bildirmişdir.[14] O, həmçinin Füzuli uğrunda döyüşlərin ağır olduğunu vurğulamış və şəhərin şücaət hesabına azad olunduğunu bildirmişdir.[14]

Cəbrayıl şəhərinin və rayonun geniş bir hissəsinin, Hadrut qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin, həmçinin Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin azad edilməsindən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələrlə Azərbaycan Ordusu bölmələri Zəngilan rayonu istiqamətində döyüşlərə qatılmışdır və Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olunmuşdur.[13][19][20][21][22][23]

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin dörd nəfərdən ibarət olan qrupunun — baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev Hadrut qəsəbəsi istiqamətində Ermənistan Ordusunun diversiya qrupunun pusquya salınmasında müstəsna xidmətləri olmuşdur.

Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulmuşdur. Erməni dilində sərbəst danışan Camal İsmayılov Ermənistan Ordusunun briqadasına Hadrutdan başqa istiqamətə yönlənməsini əmr eləmişdir.

Qısa müddət ərzində Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənmişdir. Ayın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlamışdır. Döyüşlər ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olmuşdur.[24] Ayın 19-da Camal İsmayılov Qubadlı rayonu istiqamətində döyüşə daxil olmuşdur. Bu onun son döyüşü olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[25][26]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[27][28]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[29]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[30]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[31]

Camal İsmayılov və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev həlak olmuşdur. Ümumi olaraq Camal İsmayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox döyüşçüsü həlak olan taborudur. Camal İsmayılovun həlak olduğu ayın 21-də, anasının doğum günündə təsdiq olunmuşdur. Neftçala şəhərində dəfn olunmuşdur.

İrsi və xatirəsi

[redaktə | mənbəni redaktə et]

2020-ci ildə Camal İsmayılovun Neftçala rayonunun Həsənabad qəsəbəsində yaşadığı evdə xatirə lövhəsi qoyulmuşdur.

2021-ci il aprelin 12-də Neftçala şəhərində Camal İsmayılovun büstünün açılış mərasimi olmuşdur.[40]

2021-ci ildə haqqında İctimai Televiziyada "Heç kim unudulmur, heç nə yaddan çıxmır — Camal İsmayılov" sənədli filmi nümayiş olunmuşdur.[41]

2021-ci ildə Neftçala şəhər Uşaq İncəsənət məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun adı verilmişdir.[42]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun döyüş yolu – VİDEO". www.azertag.az (az.). 15.12.2020. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.02.2021.
  3. 1 2 3 4 5 Şahanə Rəhimli. "Qəhrəman şəhidimiz: Erməni generallar onun əmri ilə geri qayıdıblar – VİDEO+FOTOLAR". www.azvision.az (az.). 11.01.2021. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.02.2021.
  4. "Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun döyüş yolu – FOTO". www.news.milli.az (az.). 16.12.2020. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.02.2021.
  5. Samirə Kişiyeva. "Şəhid Camal İsmayılov: Qızım hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar – FOTO – VİDEO". www.1news.az (az.). 28.11.2020. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.02.2021.
  6. Əlibəy Zeynallı. "Anasının ad günündə şəhid olan Qəhrəman – REPORTAJ". www.lent.az (az.). 24.12.2020. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.02.2021.
  7. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun döyüş yolu". www.youtube.com ( YouTube portalı / "AZERTAC" səhifəsi) (az.). 15.12.2020. 2021-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.02.2021.
  8. Azərbaycan Televiziyası (AZTV). "Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov". www.youtube.com ( YouTube portalı / "AZTV" səhifəsi) (az.). 12.02.2021. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.02.2021.
  9. Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  10. Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  11. Müdafiə Nazirliyi. "Azərbaycan Ordusu işğal altında olan bir sıra yaşayış məntəqələrimizi azad edib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  12. Anar Tağıyev. "Prezident: Bu gün Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələri işğaldan azad edib". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 03.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.10.2020.
  13. 1 2 Xəbərlər şöbəsi. "İlham Əliyev: "Biz haqq yolundayıq"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 04.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2020.
  14. 1 2 3 4 5 6 Azərbaycan Prezidentinin rəsmi saytı. "İlham Əliyev xalqa müraciət edib". www.president.az (az.). 17.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.10.2020.
  15. Şəfiqə Nazimqızı. "İlham Əliyev: "Hadrut qəsəbəsi işğaldan azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 09.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.10.2020.
  16. Xəbərlər şöbəsi. "İlham Əliyev: "Azərbaycan Ordusu daha 8 Kəndi işğaldan azad elədi"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 14.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.10.2020.
  17. Xəbərlər şöbəsi. "İlham Əliyev: "Daha 6 Kənd işğaldan azad edildi"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 15.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2020.
  18. 1 2 Xəbərlər şöbəsi. "İlham Əliyev: "Füzuli şəhəri və rayonun daha bir neçə Kəndi işğaldan azad olunub azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 17.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.10.2020.
  19. Anar Tağıyev. "Prezident: Bu gün Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 03.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.10.2020.
  20. Xəbərlər şöbəsi. "Prezident İlham Əliyev daha bir neçə qələbə xəbərini elan etdi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 05.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2020.
  21. Emin Məmmədov. "Ali Baş Komandan: "Xudafərin Körpüsünün üzərində Azərbaycan bayrağı qaldırılıb"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 18.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.10.2020.
  22. Anar Tağıyev. "Azərbaycan Prezidenti: "Cəbrayılın 13 Kəndi azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 19.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.10.2020.
  23. Xəbərlər şöbəsi. "Prezident: "Zəngilan şəhəri və rayonun 6 Kəndi işğaldan azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 20.10.2020. 2021-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.10.2020.
  24. Xəbərlər şöbəsi. "İlham Əliyev: "Qubadlının 4 Kəndi işğaldan azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 23.10.2020. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.10.2020.
  25. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  26. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  27. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  28. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  29. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 24.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  30. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  31. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  32. 1 2 3 4 "Bizim səsimiz" onlayn ictimai-siyasi qəzet. "Qəhrəman şəhidimiz: Erməni generallar onun əmri ilə geri qayıdıblar – VİDEO + FOTOLAR". www.bizimsesimizinfo.az (az.). 11.01.2021. 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.01.2021.
  33. "Qaynarinfo.az" xəbər portalı. "Şəhid Camal İsmayılov: Qızım, hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar (FOTO/VİDEO)". www.qaynarinfo.az (az.). 28.11.2020. 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.11.2020.
  34. "Aqreqator.az" xəbər portalı. "Şəhid Camal İsmayılov: Qızım, hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar (FOTO/VİDEO)". www.aqreqator.az (az.). 28.11.2020. 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.11.2020.
  35. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  36. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  37. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  38. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  39. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  40. "Qaynarinfo.az" xəbər portalı. "Neftçala şəhərində Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun büstünün açılışı olub (FOTO)". www.qaynarinfo.az (az.). 12.04.2021. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.04.2021.
  41. İctimai Televiziya və Radio Yayımları Şirkəti. "Heç kim unudulmur, heç nə yaddan çıxmır – Camal İsmayılov". www.youtube.com ( YouTube portalı / "İCTİMAİ TV" səhifəsi). 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
  42. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.