Stanislav Leşşinski

Stanislav Leşşinski (pol. Stanisław Leszczyński; 20 oktyabr 1677[1], Lvov, Reç Pospolita[2]23 fevral 1766[1]) — 1704-1709-cu və 1733-1734-cü illərdə hakimiyyətdə olmuş Reç Pospolita kralı, 1737-1766-cı illərdə Lotaringiyanın sonuncu hersoqu, Fransa kralı XV Lüdovikin qayınatası.

Stanislav Leşşinski
pol. Stanisław Leszczyński
Polşa kralı[d]
12 iyul 1704 – 4 oktyabr 1705
Polşa kralı[d]
12 sentyabr 1733 – 26 yanvar 1736
Şəxsi məlumatlar
Doğum tarixi 20 oktyabr 1677(1677-10-20)[1]
Doğum yeri
Vəfat tarixi 23 fevral 1766(1766-02-23)[1] (88 yaşında)
Fəaliyyəti rəsm kolleksioneri[d]
Dini katolisizm

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

20 oktyabr 1677-ci ildə anadan olub. Böyük Polşa zadəgan ailəsinin nümayəndəsi, böyük vəliəhd Rafail Leşşinskinin və dövrünün güclü maqnatı, knyaz Stanislav Yan Yablonovskinin qızı Anna Yablonovskayanın yeganə oğlu olub. Poznan vodevodası vəzifəsində çalışıb.

1702-ci ildə Şimal müharibəsi zamanı İsveç kralı XII Karl Polşanı işğal etdi və Polşa kralı, Saksoniya kürfürstü II Avqustu bir sıra ağır məğlubiyyətlərə uğratdı. Polşa zadəganlarının bir hissəsi onun tərəfini tutdu. 1704-cü ildə Varşava Konfederasiyası Kral II Avqustu taxtdan saldı və kralsızlıq dövrü elan etdi. Stanislav Leşşinski konfederasiya tərəfindən diplomatik missiya ilə İsveç kralının məhkəməsinə göndərilib. Tezliklə Stanislav Leşşinski XII Karl tərəfindən yeni Polşa kralı seçildi.

Polşa zadəganlarının bir hissəsi II Avqusta sadiq qaldı. Polşa zadəganlarının parçalanması vətəndaş müharibəsinə səbəb oldu. 1706-cı ildə İsveç kralı XII Karl II Avqustu Altranstedt sülh müqaviləsini imzalamağa məcbur etdi və bu müqaviləyə əsasən Stanislav Leşşinskinin xeyrinə Polşa taxtından imtina etdi. Bundan sonra Stanislav Leşşinski tamhüquqlu Reç Pospolita kralı oldu.

1709-cu ildə Poltavada İsveç ordusunun sarsıdıcı məğlubiyyəti XII Karl və onun tərəfdarlarının hakimiyyətinin süqutuna səbəb oldu. Rus ordusunun dəstəyindən istifadə edərək II Avqust Polşa taxt-tacını geri aldı, Stanislav Leşçinski Prussiyaya, sonra isə Fransaya mühacirət etdi.

1719-cu ildə Stanislav Leşşinski ailəsi və həyəti ilə birlikdə Fransada kiçik sərhəd qəsəbəsi Visamburda qalmağa icazə aldı. Fransa hökuməti ona illik 20 min livr müavinət verdi.

1725-ci ilin avqustunda qızı Mariya Fransa kralı ilə evləndi və ona həftəlik 2000 livr məbləğində yeni müavinət təyin edildi. O, siyasətlə deyil, fəlsəfə ilə məşğul oldu. 1725-ci ildən Şambor qəsrində yaşamışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Stanislas I Leszczynski // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  2. 1 2 Deutsche Nationalbibliothek Record #118752715 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.