Qalaktik imperiya (ing. Galactic Empire) — "Ulduz müharibələri" franşizasında qalaktik super güc. Bu, jedilerin onu tutmaq və vəzifəsindən uzaqlaşdırmaq cəhdindən sonra Qalaktik respublikanın Ali Kansleri Sheev Palpatine tərəfindən rəsmi olaraq elan edilmiş, Palpatine ardınca jedi ordenini məhv etmişdir.
25 min il davam edən qalaktik respublikanın özü bir müddət davam edən siyasi xaos və dağıdıcı Klon müharibələrindən sonra faktiki olaraq yoxa çıxmışdı. Ali Kansler Palpatine Utapau döyüşündə Obi-Wan Kenobinin General Qrivus üzərində qələbəsindən sonra, Müstəqil Sistemlər Konfederasiyasının liderlərinin Darth Vader tərəfindən qətlə öldürülməsi zamanı özünü Qalaktik imperator elan etmiş və Qalaktik respublikanı Qalaktik imperiyaya çevirmişdir.
Bəzi mənbələr Qalaktik respublikanın əsasında yaranan Qalaktik imperiya ilə Roma Respublikası əsasında yaranan Roma imperiyası arasında paralellər müşahidə edir.[1] Bunun Napoleon Bonapart tərəfindən Birinci Fransa Respublikasının Birinci Fransa imperiyasına çevrilməsi ilə də oxşar cəhətlər var. Həmçinin, respublikanın imperiyaya çevrilməsi ABŞ-nin yaxın tarixinin bəzi epizodları ilə müqayisə edilir.[2] Bəziləri hesab edir ki, Şev Palpatinin hakimiyyətə gəlməsi Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə analoqdur.[3]