Starokadomski adası

Starokadomski adasıŞimal Torpağı arxipelaqında yerəşən ada Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Ən hündür nöqtəsi 41 metr, sahəsi 110 km² təşkil edir[1]

Starokadomski adası
Ümumi məlumatlar
Sahəsi 110 km²
Uzunluğu
  • 18 km
Eni 7 km
Hündür nöqtəsi 41 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
78°17′44″ şm. e. 106°38′14″ ş. u.HGYO
Ölkələr
  •  Rusiya
  • 078/17/44/N/106/38/14/E
Vilayət
Arxipelaq
Akvatoriya
Starokadomski adası xəritədə
Starokadomski adası
Starokadomski adası
Starokadomski adası xəritədə
Starokadomski adası
Starokadomski adası

Arxipelaqın cənun-şərqində Bolşevik adası ilə Malıy Taymır adaları arasında yerləşir.

Ada coğrafi cəhətdən iki hissədən ibarətdir və bərzəx vastəsi ilə bir-birinə birləşir. Cənub-qərb hissə nisbətən hündürdür, burada hündürlük 20–40 m, şimal-şərqi isə nisbətən alçaq olub 2–9 m təşkil edir. Əsasən bataqlıqlarla örtülüdür. Göl və axarlara az təsadüf edilir.

Adanın ən böyük gölü Odinokiy və Zametnaya gölləridir. Birinci göl adanın şimal-şərqində, ikinci göl isə adanın cənub-qərbində yerləşir.

Sahillərini Laptevlər dənizinin suları yuyur. Adada iki buxta yerləşir: Yakovkina və Somneniy.

Adanın ucqar cənub nöqtəsi Veçnıy burnu, şimal nöqtəsi Mayski burnuu, qərb nöqtəsi Koneçnıy bunudur. Bundan əlaqə qərb hissədə iki burun vardır: Zapadnıy və Torosnıy.

Flora və Fauna

[redaktə | mənbəni redaktə et]

İlin böyük qismi ada buzlarla örtülü olur. Bitkilərdən ancaq MamırlarŞibyələr bitir. Yayda adaya yumurta qoyan quşlar köçür. İri canlılardan Ağ ayı və bölgənin endemik canlısı olan Laptev morjudur. 1993-ci ildə arxipelaqa daxil olan adalar kimi Starokadomski adası Böyük Arktik qoruğuna daxil edilmişdir[2]

1913-ci ildə Taymır və Vaykaç buzqıran gəmiləri başda Boris Vilkinski olmaqla Şimal Torpağının şimal-şərqindən yan alırlar. 8 sentyabr 1913-ci ildə Malıy Taymır adası ətrafında müşahidə apsrılarkən ekspedisiyanın həkimi, Leonid Mixaylloviç Starokadomski ilk dəfə adanı aşkarlayır. Onun şərəfinə ada onun adı ilə adlandıtılır[3] Bununla belə Vilkinskinin ekspedisiyası adaya enmirlər. İlk dəfə adaya Raul Amundsen 1919-cı ildə ayaq basır. Adanın ilk dəqiq xəritəsi 1930-1932 illərdə tərtib edilir. Bu zaman araşdırmaçı Georgi Alekseyeviç Uşakov və Nikolay Nikolayeviç Urvansen bütün Şimal torpağına daxil olan adaların xəritəsini tərtib etmişlər[4]

Yaxınlığında yerləşən coğrafi obyektlər

[redaktə | mənbəni redaktə et]
  • Preqradnaya (burun) — uzun və ensiz ada (qumlu burun), Ada şimaldan Starokadomski adası birləşik formadadır.
  • Zaşitnaya (burun) — adanın şimalında yerləşir.
  • Mayskoe adası — 9 adadan ibarət olan alalar qrupu. Bəzən adaya birləşən iki burun, Vesennıy adası və 6 adsız adadan ibarətdir.

Adsız adalar — Somneniya buxtasında yerləşən nisbətən iri və kiçik adalar vardır. Yakovnina buxtasında bir adsız kiçik ada vardır.

  1. "Mediçinskaya qəzeti". 2011-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
  2. "Böyük Arktik Qoruğu — Great Arctic Reserve". 2013-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
  3. :: Известные личности :: САРАТОВ: Туризм, Отдых, Развлечения — ваш виртуальный гид
  4. "G.A.Ushakov's biography". 2011-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.