Stefani Linn Niks (ing. Stephanie Lynn Nicks 26 may 1948[1][2], Finiks[3]) — ABŞ müğənnisi, bəstəkar və prodüser. O, daha çox Fleetwood Mac qrupundakı fəaliyyəti və solo ifaları ilə tanınır.
Stivi Niks | |
---|---|
ing. Stevie Nicks | |
Ümumi məlumatlar | |
Doğum adı | Stephanie Lynn Nicks |
Ləqəbi | Stevie Nicks |
Doğum tarixi | 26 may 1948[1][2] (76 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], müğənni-mahnı yazarı, gündəlik yazıçısı[d], səsyazma sənətçisi[d], kinorejissor |
Fəaliyyət illəri | 1969-cu ildən |
Janrlar | pop-rok, soft-rok[d] |
Musiqi alətləri | gitara, tambourine, klavişli alət[d] |
Səs tembri | kontralto |
Albom şirkətləri | Polydor Records, Atco Records[d], Atlantic Records |
Təhsili | |
stevienicksofficial.com | |
Vikianbarda əlaqəli mediafayllar |
O karyerasına keçmiş sevgilisi və duet yoldaşı Lindsi Bukinqam ilə başlamışdır. Onların birgə yazdığı "Buckingham Nicks" albomu işıq üzü görür, lakin bu, o qədər də uğurlu olmur. Daha sonra, Niks 1975-ci ildə Fleetwood Mac qrupuna qoşulur. Bu müddətdə o, qrupun formalaşması üçün bir sıra işlər görür. Hətta, qrupun Niks ilə birgə yazdığı "Rumours" adlı albomu ABŞ-da 20× platin sertifikatı alaraq dünya üzrə ən çox satılan albomlardan biri olmuşdur.
1981-ci ildə, Fleetwood Mac qrupunun üzvü olaraq qalan Niks solo karyerasına başlamış və Billboard 200-də birinci yerdə olan "Bella Donna" studiya albomunu yayımlayır. O, Fleetwood Mac qrupu ilə səkkiz studiya solo albomu və yeddi studiya albomu buraxmış və təkcə ABŞ-da təsdiqlənmiş cəmi 65 milyon nüsxə satmışdır.
İlk solo albomu işıq üzü gördükdən sonra "Rolling Stone" ona "Rok-n-rollun hökmdar kraliçası" adını vermişdir. Niks "Rolling Stone" tərəfindən Bütün zamanların ən böyük 100 mahnı müəllifi və Bütün zamanların ən böyük 100 müğənnisindən biri olaraq seçilir. Onun Fleetwood Mac qrupu ilə birgə yazdığı "Landslide", "Rhiannon", "Dreams" və qrupun sonuncu hiti olan "Edge of Seventeen" mahnısı "Rolling Stone"un Bütün zamanların ən böyük 500 mahnısı siyahısına daxil edilmişdir. O, əvvəlcə 1998-ci ildə Fleetwood Mac üzvü, sonra isə 2019-cu ildə solo müğənnisi kimi Rok-n-roll şöhrət zalına (ing. Rock and Roll Hall of Fame) iki dəfə daxil edilmiş ilk qadın rok ifaçısıdır.
Niks solo ifaçı kimi səkkiz "Qremmi" mükafatı nominasiyası və iki Amerika Musiqi Mükafatı nominasiyası qazanmışdır. O, Fleetwood Mac ilə çoxsaylı mükafatlar, o cümlədən 1978-ci ildə yayımlanan "Rumours" albomuna görə İlin albomu üçün "Qremmi" mükafatı qazanmışdır.
"Fleetwood Mac", "Rumours" və "Bella Donna" albomları Billboard tərəfindən "Billboard bütün zamanların ən böyük 200 albomu" siyahısına daxil edilmişdir. Bundan əlavə, "Rumors" albomu Rolling Stone-un "Bütün zamanların ən böyük 500 albomu" siyahısında bütün zamanların yeddinci ən böyük albomu, həmçinin dördüncü ən böyük albomu kimi qiymətləndirilib.
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |