Stoyanka Mutafova (tam adı: Stoyanka Mutafova, bolq. Стояна-Мария Константинова Мутафова; 2 fevral 1922[1], Sofiya, Bolqarıstan krallığı[3][4][…] – 6 dekabr 2019[2]) — Bolqarıstan aktrisası. Karyerası ərzində 53 tamaşada və 25 filmdə rol almışdır.
Stoyanka Mutafova | |
---|---|
bolq. Стояна-Мария Константинова Мутафова | |
Doğum tarixi | 2 fevral 1922[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 dekabr 2019[2] (97 yaşında) |
Vəfat səbəbi | ağciyər iltihabı |
Təhsili | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1945-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Tamaşaların birindəki roluna görə Xanım Təbii Fəlakət və Bolqarıstan Komediyasının Kraliçası[5] ləqəblərini almış Stoyanka ən uzunmüddətli peşəkar karyerası olan aktrisa kimi Ginnesin Rekordlar Kitabına rəsmi namizəddir.[6] 2016-cı ildə 94 yaşında ABŞ, Kanada, Niderland, İsveçrə, Böyük Britaniya və Almaniyanın iri şəhərlərində teatr zallarını gəzmişdi.[7][8][9][10][11]
Sofiyada anadan olmuş Stoyanka Sofiya Universitetinin klassik filologiya ixtisasından məzun olmuşdur. Daha sonra Bolqarıstanda və Praqada səhnəyə çıxmışdır. 1949-cu ildın 1956-cı ilədək "İvan Vazov" milli teatrında çoxsaylı tamaşalarda iştirak etmişdir. O, Aleko Konstantinov teatrının əsasını qoymuş və 1957-91-ci illərdə burada fəaliyyət göstərmişdir. 2005-ci ildə Astronavtlar tamaşasında Georgi Kaloyançev ilə eyni səhnəni paylaşmışdır.